Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nə uzun çəkdi, vətən, dönüb sənə qayıtmaq - Ramiz Rövşən


PİA.AZ Ramiz Rövşənin "Vətən" şeirin təqdim edir


Nə uzun çəkdi, vətən,
dönüb sənə qayıtmaq.
İçimin qürbətindən
bu vətənə qayıtmaq.

Hansı yolla qayıdım?
Yolların çəpərlənib.
Meşələrin, çöllərin,
göllərin çəpərlənib.

Bircə kol da qalmayıb -
kölgəsində yatmağa.
Bircə göl də qalmayıb -
sularında batmağa.

Səni doğrayan, bölən
bıçaqlar arasında,
Səsi hündürdən gələn
alçaqlar arasında
mənim yerim yoxdu, yox.

Ha deyim ki, “sən mənimsən”,
mənim səndə yerim yox.
Molla yasin oxuyanda
ölüləri əl çalan,
Binaları ucaldıqca
adamları alçalan
bu vətəndə yerim yox.

Hər şerim - ürəyimin
çat-çat olmuş güzgüsü.
Özgələrin doğmasıyam,
doğmaların özgəsi.
Vətən, səni sevə-sevə
axı necə itirdim?
İldən-ilə səni ev-ev,
küçə-küçə itirdim.

Rəngdən-rəngə düşə-düşə
günbəgün dəyişirsən.
Dəyişirsən küçə-küçə,
tinbətin dəyişirsən.

Saxlamağa gücüm çatmır,
əldən çıxıb gedirsən.
Təzə-təzə körpülərin
altdan axıb gedirsən.

Bu üçrəngli bayraq altda,
bu torpaq, bu daş üstə.
Körpələrin ayaq altda,
körpülərin baş üstə.

Sənsən, yoxsa mənəm yazıq?
Bu Ramizə kim desin?
İtgin düşən hansımızıq?
Bunu bizə kim desin?!..

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Magistral yollarda görmə məsafəsi məhdudlaşacaq

“X”in məhkəmədə uduzması tədqiqat üçün böyük qələbə adlandırıldı

Ən çox oxunanalar