Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Leyla Əliyevanın filmi BBC telekanalında


“Əli və Nino” filminin rejissoru, “BAFTA” mükafatı sahibi Asif Kapadia BBC telekanalına bu filmin çəkilişləri barədə danışıb


Heydər Əliyev Fondundan azvision.az-a verilən məlumata görə, telekanal, həmçinin filmdən hissələr və onun yaradılması prosesini təqdim edib.

“Əli və Nino” filminin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri Kris Tikyer, ssenari müəllifi isə “Academy Award” mükafatı laureatı Kristofer Hemptondur. A. Kapadia BBC-yə filmdə təqdim edilmiş tarixin Qafqazda - daha əvvəllər haqqında heç nə bilmədiyi regionda baş verdiyini bildirib: 

“Lakin hazırda bu regionun dünyada baş verən indiki hadisələr fonunda vacib region olduğu məlum olur. Burada Şərq Qərblə, Avropa Asiya ilə, müsəlmanlıq xristianlıqla görüşür. Bura çox gözəl yerdir”.

Qeyd edək ki, rejissor A. Kapadianın 2015-ci ildə çəkdiyi digər ekran əsəri - “Emi” (“Amy”) “Ən yaxşı tammetrajlı sənədli film” nominasiyasında “Oskar”a namizəddir.

“Əli və Nino” filminin nümayişi ABŞ-ın “Sundance” beynəlxalq film festivalı çərçivəsində “Premyera” kateqoriyasında keçirilib.

Yazıçı Qurban Səidin dünya bestselleri olan eyniadlı romanı əsasında ekranlaşdırılan “Əli və Nino” Azərbaycanın müstəqillik uğrunda mübarizəsi və 20-ci əsrin əvvəlində Azərbaycanın Rusiya tərəfindən işğal edilməsi fonunda müxtəlif dinlərə etiqad edən iki gəncin sevgisindən bəhs edir.

104 dəqiqəlik ekran əsərində baş rollarda Adam Bakri (Əli) və Mariya Valverde (Nino) çəkilib. Filmdə, həmçinin Halit Ergenç, Mendi Petinkin, Konni Nilson, Rikkardo Samariko, Humayon Erşardi, Fəxrəddin Manafov, Əsad Bub, Numan Akar və digər məşhur aktyorlar iştirak ediblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar