Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrandan Küveytə nota


İran Küveytə nota verib


APA-nın məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi deyib.

B.Qasimi Küveytin Tehrandakı müvəqqəti işlər vəkilinin Küveyt dövlətinin İrana qarşı irəli sürdüyü ittihamlarla bağlı XİN-ə çağırıldığını bildirib.

Onun sözlərinə görə, Küveytin müvəqqəti işlər vəkilinə bildirilib ki, İran İslam Respublikası ölkədəki diplomatik nümayəndələrin sayının azaldılması ilə bağlı oxşar addım atmaq hüququnu özündə saxlayır.

"Küveytin İranla bağlı iddiaları əsassızdır. Təəssüfedici haldır ki, Küveyt rəsmiləri bu həssas dövrdə səmərəsiz gərginliklərdən çəkinmək, regionda macəra axtaran tərəflərin təzyiqləri və şirinləşdirici vədləri qarşısında təmkinli olmaq əvəzinə, bu kimi boş vədlərə müsbət reaksiya verir və İran İslam Respublikasına qarşı boş ittihamlar irəli sürür", - deyə B. Qasimi Küveytin müvəqqəti işlər vəkilinə bildirib.

B.Qasimi deyib ki, Küveyt müvəqqəti işlər vəkilinə iddia olunan məsələ ilə İranın heç bir əlaqəsinin olmadığı bildirilib və bu barədə əvvəlcədən Küveyt rəsmilərinə məlumat verilib.

Qeyd olunub ki, İran region ölkələri, o cümlədən, Küveytlə ən ağır günlərdə belə həmişə məsuliyyətli davranıb.

Küveytin Tehrandakı müvəqqəti işlər vəkili baş vermiş son hadisələrdən təəssüfləndiyini bildirib və qeyd olunan məsələləri tez bir zamanda ölkəsinin rəhbərliyinə çatdıracağını deyib.

Qeyd edək ki bundan əvvəl İranın Küveytdəki səfirliyinə rəsmi nota verilib, hərbi və mədəniyyət məsələləri üzrə attaşelərin aparatlarının bağlanılması haqqında bildiriş göndərilib. Diplomatik missiyanın 15 üzvünə 45 gün ərzində ölkəni tərk etmək göstərişi verilib. Nəticədə bundan sonra İran səfirliyində 4 diplomat fəaliyyət göstərəcək.

Küveyt-İran hökumətlərarası komissiyasının fəaliyyəti də dayandırılıb. Bu addımlar Küveyt məhkəməsinin müvafiq qərarından sonra atılıb.

Bu arada Küveyt məhkəməsi “Əl-Əbdali” qruplaşmasının üzvlərinə həbs cəzası verib. İstintaqın qənaətinə görə, qruplaşmanın üzvləri “Hizbullah” təşkilatının himayəsi altında İranda təlimlər keçiblər.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar