Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İntihar gerçəkdən də acizlikdirmi?


"Həyat - yaşamağa dəyməyəcək qədər mənasızdır, amma bununla belə yaşamaq lazımdır" (Alber Kamyu)


...Tanıdığım maraqlı düşüncə sahiblərindən biri - ölkənin tanınmış psixoloqu Dəyanət Rzayev intihar etdi...

Mən hələ də bu xəbərin şokunu yaşayıram...

Əslində  oxuduğum, qarşılaşdığım bütün intihar xəbərləri məni sarsıdır, pessimistləşdirir. Amma bu xəbərin ağırlığı altında əzilirəm. Bəlkə də mərhumla oxşar taleni yaşadığım, dəfələrlə intihara cəhd etdiyim və ölməyi bacarmadığım üçün...

Hər zaman mediada intihar xəbərlərinin geniş işıqlandırılmasının əleyhinə olmuşam və bu gün də bu fikirdəyəm ki, intihar xəbərlərini təqdim edərkən müəyyən qaydalara riayət etmək lazımdır. Ola bilsin ki, bu təklifim nəzəri cəhətdən, peşəkarlıq baxımından doğru deyil və peşəkarlar bu təklifimi tənqid edə bilərlər. Məni narahat edən məsələnin mənəvi tərəfidir. 
Hər gün bəh-bəhlə paylaşdığımız intihar xəbərləri yeni intihar dalğasına, yəni "Verter sindromu"na yol aça bilər...

Məlumat üçün deyim ki, "Verter sindromu"  televiziya və ya digər media vasitlərində geniş şəkildə işıqlandırılmış intiharları yamsılayan kütləvi intiharlar dalğasıdır. Bu sindromu amerikan sosioloqu Devid Filipps aşkar edib və ətraflı araşdırıb. Devid Filippsin aşkarladığı bu sindrom XVIII əsr Avropasıyla bağlıdır. Sözügedən əsrin sonlarında Götenin "Gənc Verterin iztirabları" romanı çap olunur və oxucular arasında geniş yayılır. Romanın qəhrəmanı Verterin intiharı kütləvi intiharlara yol açır və bu intiharı yamsılayan intiharlar dalğası geniş yayılır.

Ötən əsrdə məşhur müğənnilərin, aktyorların, tanınmış simaların intiharından sonra yaranan dalğanı da "Verter sindromu" hesab etmək olar.

Psixoloqun intiharının bu qədər müzakirələrə səbəb olması da təsadüfi deyil. Tanınmış şəxslərin intiharının üstündən cəmiyyət sükutla keçə bilmir. Təhlükə siqnalı qulaqlarımda cingildəyir...

...Sizcə, psixoloqun intiharının səbəbi sosial problem, bank borcu, ailə münaqişəsi ola bilərmi?  Sözsüz ki, psixoloq da adi insandır və bütün sadaladığımız səbəblər onu intihar həddinə çatdıra bilər. Mən isə düşünürəm ki, bəlkə də, daha dərinlərə enmək lazımdır.

Dostları da, yaxınları da təsdiq edirlər ki, Dəyanət duyğusal və tənhalığa meyilli, fərqli düşüncəli, eyni zamanda inanclı insan imiş. İnanclı, başqalarını intihardan çəkindirən bir insanın intihar etməsini qəbul etmək çətindir. Statistikaya görə, intihar edənlərin əksəriyyəti depressiyadan əziyyət çəkənlərdir. Dəyanət də son vaxtlar depressiyadan əziyyət çəkirmiş və psixoloq kimi, heç şübhəsiz, psixoloji durumundan xəbərdar imiş. Vəziyyətinin, psixoloji durumunun kritik olduğunu bilə-bilə həmkarlarına müraciət etməyibsə, deməli, bu intihar ani qərar deyil.

Mənə elə gəlir ki, Dəyanət intiharı nə qədər tənqid etsə də, pasiyentlərini intihardan çəkindirsə də, günlərlə, aylarla, bəlkə də, illərlə öz intiharı barədə düşünüb. Bu barədə onunla heç vaxt danışmasam da, buna inanıram. 

..İntihar mövzusu tarix boyunca filosofları, sosioloqları, psixoloqları, tibbi məşğul etmiş ciddi mövzulardan biridir. İntihar haqqında fikirlər dinə və mental dəyərlərə görə dəyişir. Bəzən utancverici və qəbuledilməz hal hesab olunsa da, bəzi mədəniyyətlərdə intihar çıxılmaz vəziyyətdən xilas olmağın ən qürurlu yoldur. 

Samuraylar xarakirini acizlikdən seçmirlər ki... 

Kamyu düşünürdü ki, "yeganə fəlsəfi problem intihardır". 

Dəyanət düşüncələri, hadisələrə münasibəti, fəqli fikirləri, həyata, insanlara və hətta heyvanlara yanaşması ilə qeyri-adi insan idi.

İntihar onun sonuncu qeyri-adiliyidir, bəlkə də. 
Ucsuz-bucaqsız okeanda  qocaldığını hiss edib özünü sahilə atan balinaların intiharı kimi...

Cəlil Cavanşir
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar