Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnam Kərimovdan yeni təyinat


Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad olunan Murtuzəli Hacıyev yeni vəzifəyə təyin edilib


22 il həmin vəzifədə işləmiş M.Hacıyev bu illər ərzində səmərəli əməkdaşlığa görə, bütün media işçilərinə, kolleqalarına minnətdarlığını bildirib:

“Bu müddətdə bütün jurnalistləri özümə dost bilmişəm, eyni zamanda özümü də onların dostu hesab etmişəm. Hər zaman çalışdığım qurumu yüksək səviyyədə təmsil etməyə çalışmışam. 25 ildir bu nazirlikdə müxtəlif vəzifələrdə - Elm, təhsil baş idarəsində şöbə müdiri, Təbliğat şöbəsinin rəisi, Mətbuat xidməti şöbəsi yaradıldığı gündən indiyədək rəhbər vəzifədə işləmişəm.

Nazirliyə yeni təyin olunan cənab İnam Kərimova təcrübəmi, iş fəaliyyətimi nəzərə alaraq, mənə yenidən etimad göstərdiyinə görə dərin təşəkkürümü bildirirəm. Hazırda toxumçuluq sahəsi üzrə şöbə müdirinin müavini vəzifəsinə təyin edilmişəm. Çalışacam ki, göstərilən etimadı doğruldum və bu vəzifəmin də öhdəsindən layiqincə gəlim.

Harada işləməyimdən, hansı vəzifədə olmağımdan asılı olmayaraq, dövlətimə sədaqətlə xidmət edəcəyəm”.

M.Hacıyev nazirliyin Mətbuat xidmətinə yeni rəhbər təyin olunan Anar Hüseynovu təbrik edib, işlərində daha böyük uğurlar arzulayıb, hər zaman dəstək olacağını vurğulayıb.

Qeyd edək ki, M.Hacıyev Azərbaycan Dövlət Aqrar Universitetini, eyni zamanda, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını fərqlənmə diplomu ilə bitirib. Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə ölkə rəhbərliyi tərəfindən dövlət qulluğunda fərqlənməyə görə medalı ilə təltif olunub, aqrar sahə üzrə fəlsəfə doktorudur.

Həmçinin, YAP Yasamal rayon təşkilatının ərazi ilk partiya təşkilatının sədridir, rayon şurasının üzvüdür. (modern.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar