Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlk postmodern romanımız hansıdır?


Müstəqillik dövrü ədəbiyyatında postmodernizm cərəyanı ədəbiyyat adamlarının əsas mövzusuna çevrilib


Müxtəlif fikirlər səslənir, ədəbi nümunələrdən bəhs olunur. Bəs görəsən, ədəbiyyatımızda ilk postmodern roman hansıdır?

Kult.az yazarların “Ədəbiyyatımızda ilk postmodern roman hansıdır” sualına verdikləri cavabları təqdim edir:

Şair Məmməd İsmayıl: “Postmodern elementlər, əlbəttə, Çingiz Hüseynov, İsa Muğannanın romanlarında var. Amma bizdə bu cərəyanın ən real örnəyi Yusif Səmədoğlunun “Qətl günü” romanıdır”.

Tənqidçi-yazar Əsəd Cahangir: “Bizdə postmodern romanın ilkin əlamətləri Çingiz Hüseynovun “Fətəli fəthi” romanında görünüb. Bu romanda fakta ikili münasibət, sənədliliklə bədiiliyin sintezi, xüsusən də Mirzə Fətəli Axundovun daşlaşmış obrazına dekonstruktiv münasibət var.

Bu qəbildən ikinci roman “İdeal”dır. İsa Muğanna dühasının ən parlaq təzahürü olan bu romanda elmilik və bədiiliyin sintezi, dilə dekonstruktiv münasibət var ki, bunlar da onu postmodern roman elementlərinə malik əsər kimi dəyərləndirməyə əsas verir.

Üçüncü əsər Həmid Herisçinin “Nekroloq”udur. Ayrı-ayrı novellalardan ibarət, ənənəvi süjetdən demək olar ki, imtina edilən, epataj, söyüş-təhqir elementlərinin, vulqarizmlərin bol-bol istifadə olunduğu bu “roman”da bir çox ünlü əsərlərə (“Dəli Kür”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi” və sair), qəm, kədər, mərsiyə düşüncəsinə, ümumən roman janrının özünə dekonstruktiv münasibət, gülüşə, optimizmə çağırış var.

Nəhayət, dördüncü romanımız Kamal Abduallanın “Yarımçıq əlyazma”sıdır. Dədə Qorqud və Şah İsmayılın, ümumən insanın müqəddəsliyinin, onların timsalında milli və dini inanc mənbələrinin, çağdaş nəsr dilinin dekonstruksiya olunduğu bu romanla postmodernizmin Azərbaycan ədəbiyyatında birinci mərhələsi bitir, yeni mərhələsi başlayır. Bu mərhələ sadəcə bədii yox, həm də aydın nəzəri dərklə səciyyələnən mərhələdir. Postinsan ideyasının meydana çıxmasıyla bu mərhələ nəzəri olaraq öz ömrünü başa vursa da, praktik olaraq hələ də davam etməkdədir”.

Yazıçı Nəriman Əbdülrəhmanlı: “Məncə, ilk postmodern Azərbaycan romanı Yusif Səmədoğlunun “Qətl günü” romanıdır. Ondan əvvəl İsa Hüseynovun cəhdi vardı, amma o, başqa istiqamətə getdi”.

Yazıçı Şərif Ağayar: “Məncə, biz son vaxtlar “izm” söhbətinə qafanı çox taxırıq. Bir az rahat olmaq lazımdır. Bədii əsərin üstünə xətkeşlə getmək olmaz. Hansı ölçülərə uyğun gəlir, hansına yox, bu, sonrakı məsələdir. Əsas olan alındıra bilməkdir. Amma təbii ki, yazıçının nəzəri biliklərə yiyələnməsi vacibdir. Bu, ona özünü daha yüksəkdən, daha dərindən və daha geniş ifadə etmək imkanı verir. Mənə görə, postmodernizmin bədii inikasını hər hansı nöqtədən götürmək yanlışdır. İllah da Azərbaycan ədəbiyyatında. Bu, çox mübahisəli və qarışıq məsələdir. Aydın olan budur ki, biz postmodern epoxada yaşayırıq və çağının ruhunu ifadə edən bütün əsərlərdə zamanına xas xüsusiyyətlər olacaq. Bunu süni şəkildə etməklə deyil. Biz yeni mətni nəzəriyyə kitablarında yox, öz içimizdə, ruhumuzda, intellektimizdə axtarmalıyıq. Yaradıcılıq elmi məntiqə tabe deyil. Ədəbiyyatda elmi məntiqi ədəbiyyatşünaslıq axtarır və bu axtarış mənim üçün yaradıcılıq qədər maraqlı deyil. Mən tapmağın, yaratmağın aşiqiyəm, onu qiymətləndirməyin, adını qoymağın deyil. Sən özünü yarat, adını kim necə istəyir elə qoysun”.

Yazıçı-şair Kənan Hacı: “Kamal Abdullanın “Yarımçıq əlyazma” və İlqar Fəhminin “Çənlibel tülküsü” əsərlərini müasir ədəbiyyatımızda yaranan ilk postmodern romanlar kimi təqdim edə bilərik”.

Tənqidçi Tehran Əlişanoğlu: “Əlbəttə ki, Kamal Abdullanın “Yarımçıq əlyazma”sı”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Ən çox oxunanalar