Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hansı sürücülər cəzalandırılacaq?


I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar bu gündən etibarən Bakı şəhəri ərazisində parklanma qaydalarını pozan sürücülər sərt şəkildə cərimələnəcək


Bunu bu gün Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində (NİİM) keçirilən tədbirdə Mərkəzin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı bildirib:

: `Bu cür sürücülərə qarşı heç bir güzəşt edilməyəcək. Bu gündən qeyri-qanuni parklanma edənlər ciddi cəzalanacaqlar. Artıq bu işə başlanılıb`.

O bildirib ki, oyunlarla bağlı ərazidən asılı olaraq bəzi avtobusların hərəkət marşrutu dəyişdiriləcək, onlara alternativ yollar təklif ediləcək. Bütün bunlar barədə ictimaiyyətə operativ və ətraflı məlumat veriləcək.

O qeyd edib ki, bu məlumatları NİİM-in Facebook və Twitter səhifələrindən, internet saytlarından, dayanacaqlardakı və yollardakı məlumat-informasiya tablolarından əldə edə bilərlər. Mobil telefonu olanlar “Baku İTS” proqramını yükləməklə onlayn qaydada xəbərdar ola bilərlər. Məlumatları göstərilən yollarla əldə edə bilməyənlər isə yaradılmış 141 "qaynar xətt" telefonuna zəng etməklə hara necə getməli lazım olduğunu, alternativ yollar və s. barədə 24 saat ərzində ətraflı məlumat əldə edə bilərlər.

Bundan başqa Ş.Mehmanqızı deyib ki, Bakıda baş tutacaq I Avropa Oyunları zamanı nəqliyyatın hərəkətini izləmək üçün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) şəhərin səkkiz hissəsində yeni məlumat-izləmə lövhələri və kameralar quraşdırıb.

Onun sözlərinə görə, şəhər sakinləri, piyadalar, qonaqlar bu lövhələr vasitəsilə şəhərdə nəqliyyatın hərəkətini görə biləcəklər. O, əlavə edib ki, fərdi avtomobillərin maneəsiz hərəkəti üçün kateqoriyalara uyğun olaraq xüsusi buraxılış vəsiqələrindən istifadə olunacaq. Həmin buraxılış vəsiqələri kodlaşdırılıb və onların köçürülməsi mümkün deyil. Bir vəsiqə ilə bir neçə avtomobil qeydiyyatdan keçə bilər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ən çox oxunanalar