Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hakimiyyət İlqar Məmmədovu niyə azad etmir?

Mirvari Qəhrəmanlı: “Elə bir şərt qəbul etməlidir ki...”


REAL sədri İlqar Məmmədovun aprelin 29-da keçirilən məhkəmə prosesində azadlığa buraxılmaması müxtəlif müzakirələrə yol açıb.

 Çoxlarının azadlığa çıxacağına ümid bəslədiyi REAL sədri barəsində son anda qərarın dəyişdirildiyi fikrinə də rast gəlinir.

Ən çox müzakirə olunan məsələlərdən biri İ.Məmmədovu hakimiyyətin özünə qarşı bu qədər təhlükəli rəqib hesab etməsinə dair iddialardır. Əgər iqtidar Qərbdən gələn təzyiqləri nəzərə alıb siyasiləri azad edirdisə, o zaman bir sual meydana çıxır: Avropa Məhkəməsi tərəfindən çıxarılan 6 qərarda azadlığı birmənalı şəkildə tələb olunan REAL sədrinə münasibətdə hakimiyyət niyə bu qədər dirəniş göstərir? Mart ayında 16 siyasi məhbus edildi. Bunların hansı hakimiyyət üçün təhlükə yaratdı ki, Məmmədov da yaratsın?

Çoxları bu qənaətə gəlir ki, hakimiyyət REAL sədri ilə hansısa anlaşmaya getmək istəyir, amma Məmmədov şərtləri qəbul etmir. Çünki o, bu şərtlərin qəbulu sayəsində siyasi karyerasını bitirə bilər. 

Hakim dairələrin onu azad etmək üçün tərəddüd etdiyini sezməmək mümkün deyil. Son məhkəmə prosesləri bunu açıq şəkildə göstərdi. Qərarın oxunmasının bir həftə yubadılması bir çox mətləblərdən xəbər verir. Amma görünən odur ki, hakimiyyət son anda onu azad etməkdən vaz keçdi...

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı REAL sədrinin həbsdə saxlanılmasının səbəblərini hələ də anlaya bilmədiyini qeyd etdi: “İlqar Məmmədov savadsız şəxs deyil ki, hansısa bir qanunsuz çağırışlar etsin. O, ölkə, cəmiyyət üçün təhlükə törədəcək şəxs deyil. Halbuki o azad olunsa, dövlətimiz və cəmiyyətimiz üçün daha faydalı olar. Əksinə, buraxılmaması tərəfdarlarını mövcud hakimiyyətə qarşı daha aqressivləşdirir, beynəlxalq aləmdə imicimizə ciddi zərbə vurur. Düşünürəm ki, tərəddüdlər yuxarı deyil, aşağı səviyyədədir. MTN işinə dair bir faktı deyim; bəyəm kiməsə tapşırıq verilmişdi, kimisə döy, yaxud öldür? Bəzən orta ranqlı məmurlar sanki insandan intiqam almaq üçün canfəşanlıq edirlər. Burada şəxsi baxışlar mühüm rol oynayır. Doğrudur, İlqar bəyin azad edilməsi üçün siyasi qərar lazımdır. Sadəcə, bu qərarın verilməsinə də orta ranqlı şəxslər tərəfindən maneə yaradılır. Hazırda heç kəs ölkənin imicinə xələl gətirəcək hərəkətlərə yol verməməlidir. Qərbdə dövlətçiliyimizlə bağlı bir söz deyən kimi, siyasi məhbus məsələsini qarşımıza qoyurlar”.



M.Qəhrəmanlı REAL sədri ilə hər hansı bir anlaşma üçün cəhdlərin edildiyini, lakin onun şərtləri qəbul etməməsini də istisna etmir: “Şərtlərin irəli sürülməsi mümkün variantdır. Qoyulan şərtlər onun şəxsiyyəti və rəhbərlik etdiyi təşkilatın mənafeyi ilə üst-üstə düşməyə bilər. O elə bir şərt qəbul etməlidir ki, nə özünə, nə də REAL-ın nüfuzuna xələl gətirməsin. İlqar Məmmədov ağıllı, düşüncəli şəxsdir. Gələcəyi yaxşı fikirləşir. Onu nüfuzdan salmaq üçün istənilən şərtin irəli sürülməsi düzgün deyil. Əgər şərtlər qəbul edilən olsaydı, indi İlqar bəy çoxdan qəbul etmişdi. Sadəcə, tutduğu yola uyğun gəlmir. Avropadakı beynəlxalq qurumların hamısı eyni istiqamət üzrə çalışmırlar. Bu baxımdan Qərbin Azərbaycanla münasibətlərinin yenidən soyuqlaşacağını düşünmürəm. Sadəcə, Azərbaycanda elə bir şəxsi siyasi motivlərlə həbs edir, bütləşdirirlər ki, bütün Avropa həmin şəxsdən danışır. Bu fikirlərim İlqar Məmmədova aid deyil. Bu da ölkənin imicinə zərbə vurur. Azərbaycan siyasətində dəyişiklik etməlidir. Bu ölkə hər kəsindir. Güzəştə getməyi bacarmalıyıq”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar