Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəncədə prezidentin doğum gününə həsr olunmuş bilik müsabiqəsi başa çatdı



Bugün Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin doğum gününə həsr olunmuş “Mənim Prezidentim” Bilik Müsabiqəsi layihəsinin bağlanış mərasimi keçirilib


Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası, Gəncə Şəhər Təhsil İdarəsi, Azərbaycan Texnologiya Universiteti və Turan İnkişaf Mərkəzinin təşkilatçılığı ilə reallaşan layihə çərçivəsində 1500-dən çox orta məktəb şagirdi iştirak edib.

Tədbiri giriş sözü ilə Turan İnkişaf Mərkəzinin direktoru Teymur Əliyev layihə haqqında geniş məlumat verdi: “Bu layihə artıq neçə illərdir ki, Gəncədə reallaşır. Sevindirici haldır ki, bu ilki layihəmizdə 1500 nəfərdən artıq şagird iştirak edib. Bu bir rekorddur. Bu mənada mən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı cənab Elmar Vəliyevə göstərilən bütün diqqət və dəstəyə görə öz təşəkkürümü bildirirəm.”

Sonra Gəncə Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Kənan Məmmədov çıxış edərək şagirdləri təbrik etdi. Gəncədə həyata keçirilən irimiqyaslı layihələrdən danışan K.Məmmədov qarşıda duran vəzifələrdən və nəzərdə tutulan layihələrdən danışdı.

Azərbaycan Texnologiya Universiteti prorektoru Rövşən Əliyev isə çıxışında şagirdlərin intellektual inkişafı baxımından bu tədbirin əhəmiyyətini xüsusi olaraq vurğuladı.

Daha sonra  Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov çıxış edərək təmsil etiyi qurum haqqında danışdı: “Bugün biz Cənab Prezidentin doğum gününə həsr olunmuş layihənin, bilik müsabiqəsinin qaliblərini təbrik edəcəyik. Bu çox qürurverici bir məqamdır. Digər bir mühüm məqam ondan ibarətdir ki, 1500-dən artıq şagird arasında keçirilən bilik müsabiqəsi paytaxtda deyil, regionda keçirilir. Ən vacib məsələ isə layihənin təşkilatçıları arasında Rayon Icra Hakimiyyətinin və Gəncədə fəaliyyət göstərən hökümət və qeyri-hökümət təşkilatlarının olmasıdır. Bu mənada mən Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Cənab Elmar Vəliyevə Vətəndaş Cəmiyyətinə göstərdiyi diqqətdən dolayı təşəkkür edirəm. Hesab edirəm ki, Gəncənin sosial-iqtisadi inkişaf praktikası digər regionlarımız üçün model rolunu oynamaqdadır.”

Tədbirdə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası Rusiya Nümayəndəliyinin sədri Torul Allahverdili, Ukrayna Nümayəndəliyinin sədri Xəzri Elxanoğlu və Polşa Nümayəndəliyinin sədri Anar Məmmədov adından təbrik müraciətləri səsləndirildi.

Sonda müsabiqədə qalib gələn yüzə yaxın şagirdə fəxri fərmanlar və qiymətli hədiyyələr verildi.

pia.az

DSC_0519
DSC_0492
DSC_0506
DSC_0728


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar