Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilər KVN-dən getdi - “Bakı yığması” ən yüksək liqada

Azərbaycanı Soçidə “KiViN-2017” Şən və Hazırcavablar Klubunun 28-ci beynəlxalq festivalında təmsil edən “Bakı yığması” ən yüksək liqanın tərkibinə düşüb


Teleqraf.com xəbər verir ki, dünən festivalın qala gecəsində 2017-ci il mövsümünün ən yüksək liqasının tərkibi bəlli olub.

“AMİK” Televiziya Yaradıcılıq Birliyinin və “KVN” Beynəlxalq Birliyinin prezidenti Aleksandr Maslyakovun başçılığı ilə tanınmış münsiflər mövsüm iştirakçıları sırasında “Bakı yığması”nı da seçiblər.

Qeyd edək ki, Azərbaycan sonuncu dəfə 1993-cü ildə ən yüksək liqada “Parni iz Baku”nun simasında təmsil olunub.

Bakı yığması” komandasının rəhbəri Rəşad Əzizov bildirib ki, Soçidə baş verənləri möcüzə adlandırmaq olar: “Biz bu nəticəni əldə etmək üçün uzun yol qət etmişik, “KiViN-2017” yarışı siyasi provokasiyalarla başlasa da, komandamızın qələbəsi üçün səylərimiz hədər getmədi. Biz festivalın gedişatında qəbul edilmiş operativ və ədalətli qərara görə, “KVN” Beynəlxalq Birliyinin rəhbərliyinə minnətdarıq. “Bakı yığması”nın verilən şansı qaçırmadığını dilə gətirib.

Xatırladaq ki, “KiViN-2017” Şən və Hazırcavablar Klubunun 28-ci beynəlxalq festivalının başlanğıcında Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribata cəhd olmuşdu. “KVN” Beynəlxalq İttifaqı və “AMİK” Televiziya Yaradıcılıq Birliyi Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim adından fəaliyyət göstərən “С хлебом и солью” və “DeleYaman” KVN komandalarını festivala dəvət etmişdi. Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi və Gənclər və İdman Nazirliyi etiraz bəyanatı yaymışdı.

Ermənistanın festivalda iştirak edən bütün komandaları məğlub olaraq mübarizəni dayandırıb. 2-ci tura yalnız Moskvada olan “Ermənistan yığması” ilə keçə bilmişdi.

Azərbaycanın da tərkibində yer aldığı ən yüksək liqada yarışacaq 22 komanda yarışa 1 ay sonra başlayacaq. 2017-ci ilin dekabrınadək müvafiq olaraq səkkizdəbir, dörddəbir, ikidəbir və final yarışları olacaq. Dekabrda isə qalib açıqlanacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Magistral yollarda görmə məsafəsi məhdudlaşacaq

“X”in məhkəmədə uduzması tədqiqat üçün böyük qələbə adlandırıldı

Ən çox oxunanalar