Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elnarə Tofiqqızının qızı anasının məzarı üstündə

Tənqidçi Elnarə Tofiqqızının ölümündən bir aydan çox vaxt keçib


Bu gün onun həyat yoldaşı, tanınmış jurnalist Anar Niftəliyev şəxsi facebook səhifəsində 2 yaşlı qızı İncinin anasının ziyarətində olan şəkillərini paylaşıb. Jurnalist qızının anasının məzarına ilk gəlişini əbədiləşdirib. 

Qeyd edk ki, Anar Niftəliyevlə Elnarə Tofiqqızı 10 il qabaq ailə qurublar. İki qız övladları var. Böyüyünün 8, kiçiyinin isə 2 yaşı var. Anar Niftəliyevin sözlərinə görə, böyük qızı anasının ölümündən xəbərdar olsa da , İnci hələ də nəyin baş verdiyini dərk etmir. 

Xatırladaq ki, Elnarə Tofiqqızı sentyabrın 20-də Bakıdakı «MediSina» Tibb Mərkəzində cərrahiyyə əməliyyatına hazırlıq zamanı keçinib. 

Dünən Azərbaycan Səhiyyə Nazirliyinin Birləşmiş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi bu ölümlə bağlı yekun rəyini verib. 

Rəyə görə, Elnarə Tofiqqızının ölüm səbəbi kəskin nəfəs çatışmazlığı olub. Yekun rəy məhkəmə tibbi ekspertizasına təqdim olunub. 

Həyat yoldaşı jurnalist Anar Niftəliyev isə onun ölümündə həkimləri günahlandırır: 

“Ölümün səbəbi kimi göstərilmiş nəfəs çatışmazlığı burda həkimlərin birbaşa günahkar olduğunu sübut etdi. Ümumiyyətlə, mən bundan sonrakı həyatımda həkim terroruna qarşı mübarizə aparacam”.

Tənqidçinin ölümü ilə bağlı cinayət işi isə hələ sentyabr ayında başlanıb. Nəsimi Rayon Prokurorluğu işi Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə araşdırır.(dia.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır

Deputat: “Uşağı əməliyyatla dünyaya gətirirlər, bunun nəyi analıqdır?!” - Video

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

Ən çox oxunanalar