Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya liderləri Prezident İlham Əliyevi təbrik edirlər


Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb


PİA.AZ AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizi Belarus xalqı adından və şəxsən öz adımdan təbrik edirəm. Belarus Azərbaycanın etibarlı dostudur və ikitərəfli strateji əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün bundan sonra da səylərini əsirgəməyəcək.

Əminəm ki, Belarus və Azərbaycan xalqları arasında münasibətlərin potensialının reallaşdırılması qarşılıqlı siyasi və iqtisadi əlaqələri əhəmiyyətli dərəcədə möhkəmlətməyə, iqtisadiyyatlarımızın gələcək inkişafı, beynəlxalq arenada dost ölkələrimizin rolunun artırılmasına xidmət edəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni uğurlar, Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq diləyirəm".

X X X

Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Zati-aliləri,

Xahiş edirəm, Azərbaycanın milli bayramı - 28 May Respublika Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Bu gözəl fürsətdən istifadə edərək, ötən illərdə nail olduğumuz və xalqlarımızın ortaq maraqlarına xidmət edən əməkdaşlığımızın, dinamik inkişafın və yüksək əlaqələrimizin gələcəkdə də davam etdiriləcəyinə əminliyimi ifadə etmək istərdim.

Azərbaycan xalqına sülh və əmin-amanlıq, Sizə möhkəm cansağlığı və uğurlar arzu edirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul edin".

X X X

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,

Sizi Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, ölkənizin daha da firavanlaşmasını ürəkdən arzulayıram.

Bu xoş fürsətdən istifadə edib, əmin olduğumu bildirirəm ki, Bosniya və Herseqovina ilə Azərbaycan Respublikası arasında dostluq münasibətləri ölkələrimizin rifahı naminə daha da inkişaf edəcək.

Zati-aliləri, Sizə ən yüksək ehtiramımı qəbul edin".

X X X

Serbiya Respublikasının Baş naziri Aleksandr Vuçic Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Çox hörmətli cənab Prezident,

Serbiya Respublikasının Hökuməti adından və şəxsən öz adımdan Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə bir müddət əvvəl çox böyük qonaqpərvərliklə qarşılandığım ölkənizin hərtərəfli inkişafı naminə ən gözəl arzularımı çatdırmaqdan şərəf duyuram.

Ali diqqətinizə çatdırıram ki, Serbiya ilə Azərbaycan arasında siyasi və iqtisadi əlaqələrin möhkəmləndirilməsində qərarlıyıq. Əminəm ki, dövlətlərin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyinə hörmət prinsiplərinə uyğun olaraq Serbiya Respublikası ilə Azərbaycan Respublikası arasında ənənəvi dostluq və strateji tərəfdaşlıq münasibətlərinin gələcəkdə də inkişafı və möhkəmləndirilməsi naminə birgə səylərimizi göstərəcəyik.

Bu xoş fürsətdən istifadə edərək, cənab Prezident, bir daha ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Ən çox oxunanalar