Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ÇL:1/8 final həyəcanı davam edir

Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək


Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 cavab oyunu keçiriləcək. Apasport.az saytının məlumatına görə, “Real”, “Mançester Siti”, “Liverpul” və “Yuventus”dan sonra 1/4 finala adlayan növbəti 2 xoşbəxt komanda müəyyənləşəcək.
 
Günün ən diqqətçəkən matçında “Mançester Yunayted” “Sevilya”nı qəbul edəcək. İspaniyadakı qolsuz bərabərlikdən sonra cavab görüşünün nəticəsi böyük önəm kəsb edir. “Qırmızı şeytanlar” qarşılaşmaya ciddi itkilərlə çıxa bilər. Çünki Deyli Blind, Fil Cons, Pol Poqba, Ander Errera, Antoni Marsial və Markos Roxo kimi futbolçular zədədən əziyyət çəkirlər. Baş məşqçi Joze Mourinyonun adıçəkilən oyunçuların xidmətindən məhrum qalması istisna edilmir. “Sevilya”da heyətlə bağlı ciddi problem olmasa da, əndəlüs klubunun son vaxtlar əldə etdiyi nəticələr o qədər də ürəçakan deyil. Əvəzində “mankunianlar” yaxşı forma yığıblar və qələbə seriyasını doğma azarkeşləri önündə davam etdirmək niyyətindədilər.
 
“Qarabağ”ın yer aldığı qrupu qalib kimi tamamlayan “Roma” ilk görüşdəki məğlubiyyətin əvəzini “Şaxtyor”dan çıxmağa çalışacaq. Ancaq Ukrayna təmsilçisinin 2018-ci ildə keçirdiyi 5 rəsmi qarşılaşmanın hamısında qələbə qazandığını da vurğulamaq lazımdır. İstənilən halda A seriyasının son turlarında “Napoli” və “Torino”nu məğlub edən “canavarlar” cütlüyün favoritidir. 1:0 hesablı qələbə də italyanlara bəs edir. Ancaq "Şaxtyor"un kifayət qədər avrokubok təcrübəsi olduğunu da unutmaq olmaz.
 
 
 
1/8 final (cavab oyunları)
 
13 mart
 
23:45. “Roma” (İtaliya) – “Şaxtyor” (Ukrayna)
 
Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)
 
Roma, “Olimpiya” stadionu
 
İlk oyun - 1:2
 
23:45. “Mançester Yunayted” (İngiltərə) – “Sevilya” (İspaniya)
 
Baş hakim: Danni Makkelye (Hollandiya)
 
Mançester, “Old Trafford” stadionu
 
İlk oyun – 0:0
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar