Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda evdən 30000 dollar və 100000 manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Bu il aprelın 22-də paytaxt sakini olan bir nəfər şəxs Xətai Rayon Polis İdarəsinə müraciət edərək rayon ərazisində yerləşən fərdi yaşayış evindən içərisində 30000 ABŞ dolları və 100000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfin oğurlandığını bildirib


DİN-dən verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi və 37-ci Polis Şöbəsi əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə təqsirli bilinən Bakı şəhər sakini İmamverdi Həsənov, Sahib Həsənbəyli, həmçinin əvvəllər məhkum olunmuşlar - Elnur Aslanov və Aslan Qasımov saxlanılaraq istintaqa təhvil veriliblər.

Araşdırma zamanı müəyyən olunub ki, dəstə üzvü S.Həsənbəyli zərərçəkənin mənzilində külli miqdarda pul olması barədə əvvəlcə İ.Həsənova məlumat verib. O isə öz növbəsində digər dəstə üzvləri E.Aslanov və A.Qasımovla birlikdə qeyd edilən evdən oğurluq etmək qərarlna gəlib.

Seyfi ələ keçirdəndən sonra dəstə üzvləri S.Həsənbəylinin Abşeron rayonunda yerləşən bağ evinə yollanıblar. Orada seyf kəsilərək açılıb və əldə edilən pul saxlanılan şəxslərin arasında bölünüb. Seyfdə olan qızıl-zinət əşyaları S.Həsənbəyli və İ.Həsənov tərəfindən satılandan sonra həmin pullar da yenidən dəstə üzvləri arasında bölüşdürülüb.

Qeyd edilən faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq  tədbirləri davam etdirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar