Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin dördtərəfli görüşü keçirilir - Yenilənib

Bakıda Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşü keçirilir


Martın 15-də Bakıda Azərbaycan, Türkiyə, İran və Gürcüstan XİN başçılarının görüşündə Cənub-Qərb nəqliyyat dəhlizinin yaradılması məsələsi müzakirə olunub, bu barədə Azərbaycan XİN başçısı Elmar Məmmədyarov mətbuat konfransında bildirib.

Görüşün yekunlarına görə birgə bəyannamə imzalanıb.

Bu sənəd infrastruktur, nəqliyyat, kənd təsərrüfatı sahələrində əməkdaşlığı genişləndirməyə imkan verəcək, deyə Məmmədyarov bildirib.

"Biz yeni layihələr üzərində işləyirik və səylərimizi birləşdirməyə, dünyanın böyük regionlarını birləşdirəcək format yaratmağa və onu möhkəmləndirməyə ümid edirik", deyən nazir əlavə edib ki, yeni nəqliyyat dəhlizi Hind və Atlantik okeanlarını birləşdirməyə imkan verəcək.

Dördtərəfli əməkdaşlıq əlaqələrin və ticari münasibətlərin inkişaf etdirilməsi üçün mövcud imkanlardan istifadə etməyə şərait yaradacaq, deyə Gürcüstan XİN başçısı Mixail Canelidze bildirib.

İran XİN başçısı Cavad Zərif nazirlərin energetika, yüklərin tranziti, turizm və digər məsələləri müzakirə etdiklərini təsdiq edib.

Türkiyə xarici işlər naziri Mevlut Çavuşoğlu qeyd edib ki, dörd ölkənin işgüzar dairələri yeni nəqliyyat dəhlizinin həyata keçirilməsi zamanı böyük əməkdaşlıq imkanları əldə edəcəklər.

Dördtərəfli formatda növbəti görüş Gürcüstanda keçiriləcək.(Turan)

***

Görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze iştirak edir.

İlk dəfə keçirilən görüşdə regional əməkdaşlıq məsələləri müzakirə olunur.

Sonda Bakı Bəyannaməsi qəbul olunacaq. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Magistral yollarda görmə məsafəsi məhdudlaşacaq

“X”in məhkəmədə uduzması tədqiqat üçün böyük qələbə adlandırıldı

Dövlət qulluğuna qəbul imtahanında 34 nəfər uğur qazanıb

Ən çox oxunanalar