Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı-Daşkənd-Bakı birbaşa aviareysi fəaliyyətə başladı


İyunun 30-dan “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Daşkənd-Bakı birbaşa hava reyslərini həyata keçirməyə başlayıb


Bu münasibətlə Daşkənd Beynəlxalq aeroportunda keçirilən təqdimat mərasimində Azərbaycanın Özbəkistandakı səfirliyinin əməkdaşları, səfirlər və beynəlxalq təşkilatların nümayəndələri, Daşkənddə yaşayan soydaşlarımız, jurnalistlər iştirak ediblər.

Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin struktur bölməsi olan “Buta Airways” aviaşirkətinin direktoru Cəmil Manizadə bu münasibətlə Daşkənddə yaşayan azərbaycanlıları və digər sərnişinləri təbrik edib, bildirib ki, hələlik uçuşlar həftədə bir dəfə - şənbə günləri həyata keçiriləcək. Nəzərdə tutmuşuq ki, bu il avqustun 1-dən reyslərin sayını artıraq. Belə ki, yeni hava xətti rentabelli olarsa, Bakı-Daşkənd-Bakı hava xətti həftənin çərşənbə günləri də yerinə yetiriləcək.

Özbəkistan Dövlət Televiziyasının aparıcısı, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə bu gün Azərbaycana gedən “Mediatur” iştirakçılarının tərkibində olan Elmira Tuxvatillina da reysin açılması ilə tədbir iştirakçılarını təbrik edib.

“Taşkent zeboları” rəqs ansamblının üzvləri Azərbaycan və özbək rəqslərini ifa ediblər.

Sonra qonaqlar bu münasibətlə hazırlanan süfrəyə dəvət edilib.(AzərTA

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar