Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BDYP-nin rəsi müavini ilə icra başçısı “atışıb” – Polkovnikin 300 hektar torpağı əlindən alınıb

Son zamanlar Azərbaycanın bölgələrində fermerlərin örüş sahələrinin yerli icra hakimiyyəti orqanları tərəfindən pambıq əkilməsi üçün zorla əllərindən alınması halları artmaqdadır. Hökumətin pambıqçılığın inkişafı ilə bağlı tədbirləri nəticəsində bir sıra yüksək vəzifəli məmurların da qurbanları olur


Belə ki, ötən illər ərzində tutduqları vəzifədən istifadə edərək, min hektarlarla əraziləri zəbt edən bir sıra yüksək vəzifəlilər indi bu torpaqları geri qaytarmaq məcburiyyətindədir. Sadə fermerlerdən fərqli olaraq isə bu şəxslər etirazlarını ifadə edə bilmir.

Gununsesi.info-nun araşdırması zamanı bəlli olub ki, bu yaxınlarda 300 hektar torpaq sahəsi əlindən alınan şəxslərdən biri də Baş Dövlət Yol Polisi İdarəsi rəisinin müavini, polkovnik Balakişi Əhmədovdur. Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, Balakişi Əhmədova məxsus Yevlax  rayonunun Ərəb Bəsərə kəndi ərazisində 300 hektar topraq sahəsi onun əlindən alınaraq, pambıqçılıq üçün istifadəyə verilib. DYP komandirinin mal-qoyun sürüsünün isə durumu olduqca ağırdır və onları saxlamaq üçün otlaq sahəsi tapılmır.

Məlumatda B.Əhmədovla yevlaxın icra başçısı Qoca Səmədov arasında ciddi konflikt yarandığı, tərəflərin telefonda bir-birinə qarşı ittiham irəli sürdüyü bildirilir.

Məsələ ilə bağlı münasibət öyrənmək üçün  Gununsesi.info-nun əməkdaşının Balakişi Əhmədova telefon zəngləri cavabsız qalıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Ən çox oxunanalar