Xəbər xətti

22 YANVAR

13:28 AŞPA prezidenti vəzifəsinə seçki keçirilməyəcək

13:22 Saratovda ov iti sahibini güllələyərək öldürüb

13:06 Zərdüşt Əlizadədən Fəzail Ağamalıya ironik cavab

13:04 BMT Təhlükəsizlik Şurasındakı Afrin müzakirələrində Rusiya Türkiyəni müdafiə edəcək?

13:00 “19 dəfə terrorra cəhd”: Bəhreynli nazir İranı ittiham etdi

12:50 İki nazir müavini ixtisara düşüb

12:38 “ABŞ-ın Suriyadakı birtərəfli fəaliyyəti Türkiyənin səbrini daşdırdı”

12:11 Bu şəxslərə dərman satmaq qadağan edilir

12:08 Uilyams: “FED bu il uçot dərəcəsini 4 dəfə artıra bilər”

11:48 Mətin Eynullayev vergilər nazirinin müavini təyin edilib

11:33 “Bakcell” şirkəti “AppLab” proqramı üçün layihələrin seçiminə başlayıb

11:21 Deputat Ağalar Vəliyevin biznes imperiyası

11:20 Şəhriyar Məmmədyarov dünya ikincisi oldu

11:11 DTX son illərin ən iri mütəşəkkil qaçaqmalçılığını ifşa etdi - 80 milyon dollar, 5 milyard Rusiya rublu

11:07 Körpələr evinə kimi gedib çıxan mənşəyi naməlum ətlər

10:59 Gəncədə gecə klubunda kütləvi dava olub, 3 nəfər bıçaqlanıb

10:44 BMT-nin Təhlükəsizlik Şurası Türkiyəyə görə toplanır

10:33 Dərslər nə vaxt başlayır? - RƏSMİ

10:32 Homoseksuallıq xəstəlik deyil, əxlaqsızlıqdır

10:26 Cim Mattis: “Türkiyə ABŞ-ı Suriyada hücumlardan əvvəl xəbərdar edib”

10:15 Aydın Əliyev Biləsuvarda vətəndaşları qəbul edəcək

10:03 Ələt Azad İqtisadi Zonasının maliyyə mənbələri müəyyənləşib

9:59 Sarkisyan Parisdə danışıqlara başlayır

9:54 Manatın məzənnəsi

9:50 ABŞ-dan Azərbaycanın ərazi bütövlüyünə xəyanət- sensasion faktlar

9:46 Ərdoğan “Zeytun budağ”ndan danışdı

9:42 Neft bahalaşdı

9:39 Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yayıb

9:35 Qarabağda ədalətli sülhün tək qarantı - hərbi güc diplomatiyası

9:29 Bu gün Davos İqtisadi forumu başlayır

9:25 Fəzail Ağamalı: “Xudu Məmmədovu Zərdüşt Əlizadə öldürdü”

9:21 Ticarət mərkəzinin önündə bomba partladı

9:17 Ümid sədri: “İstədiyim budur, versinlər, siyasətdən gedək”

9:14 Ölkədə “çürük bank”ların sayı artır

9:10 Qarabağ üçün təhlükəli ssenari - ABŞ Rusiya yolu gedir

9:07 Fazil Məmmədovun Eldar Mahmudov “taktikası”

9:03 Bu gün AŞPA-nın qış sessiyası başlayır

9:00 Bu gün bürcünüz nələr vəd edir?

21 YANVAR

21:35 Tillerson türkiyəli və rusiyalı həmkarı ilə Afrin əməliyyatını müzakirə edib

20:34 Saatlıda polis əməkdaşı bıçaqlanıb

20:23 Nazir: “Araz Ağalarova kömək edərdim, amma qanun buna imkan vermir...”

20:00 Saatlıda ağır qəza olub, ölən və yaralananlar var

19:29 Plastik qabların ziyanı

19:09 Çexiya baş nazirinin deputat toxunulmazlığı ləğv edilib

19:00 Suriyanın Afrin bölgəsindən Türkiyəyə 3 raket atılıb, 1 nəfər ölüb, 32 nəfər yaralanıb

18:39 Türkiyədə qar uçqunu iki hərbçinin ölümünə səbəb olub

18:25 Mahaçqalanın meri həbs edildi

17:52 Rusiya və Azərbaycanın axtardığı şəslər tutulub

17:34 Gəncə sakini avtomobillə azyaşlı övladını vuraraq öldürüb

17:18 Afrin əməliyyatından son xəbər: ilk kənd PYD-nin əlindən alındı

17:02 Türkiyə prezidenti yenidən Ermənistana arxivləri açmağı təklif edib

16:44 Ağdamda bir ailənin 5 üzvü zəhərləndi

16:35 Praqada oteldə yanğın nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb - Yenilənib

16:22 Bakının 3 qəsəbəsində su olmayacaq

16:13 Fransa BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb

15:55 Tillerson Lavrovla Suriyadakı vəziyyəti müzakirə etdi

15:40 Türkiyə Afrində PKK terrorçularının mövqelərinə 153 zərbə endirib

15:33 Telman İsmayılovun “Tropikano“ biznes-mərkəzinə məhkəmə qadağası

15:20 OPEC+ bu gün Vyana sövdələşməsindən çıxmağımüzakirə etmək niyyətində deyil

15:05 Müdafiə Nazirliyi: Bədbəxt hadisə nəticəsində hərbi qulluqçu həlak olub

14:55 Penelope Kruz məşhur təcavüz qalmaqalından danışdı: “Ürəyim parçalandı“

14:40 Azərbaycan XİN Türkiyənin Afrin əməliyyatına münasibət bildirib

14:25 Abşeronda məktəbli açılan atəş nəticəsində gözündən yaralanıb

14:08 “Efirlərə gündə bir sponsor tapan qızlar gələ bilər...“ - Dostəliyeva

14:05 Lənkəranda sakinləri döyməkdə və öldürməkdə şübhəli sayılan şəxs saxlanılıb

13:55 Ağ Ev zənglərə cavab verilməsini dayandırıb

13:42 Türkiyə Rusiya və İranın “Zeytun budağı“ əməliyyatına münasibətinə aydınlıq gətirib

13:37 Bakıda iki nəfər huşsuz vəziyyətdə tapıldı – Biri ölüb

13:10 Sabah hava küləkli, dumanlı olacaq

13:05 "Türkiyə Suriya sərhədi boyu 30 km genişlikdə təhlükəsizlik zolağı formalaşdıracaq"

12:55 Dəhşətli qətlin təfərrüatları: 19 yaşlı Əmrah mağaza sahibini niyə öldürüb?

12:40 Paris Bakının namizəd olduğu “Expo-2025“ ilə bağlı müraciətini geri götürüb

12:15 Azərbaycanda tütün, qida və içki istehsalı artıb

12:05 Türkiyə tankları Afrinə daxil olub

11:47 Tramp prezidentlik səlahiyyətinin 1 ilinə yekun vurub

11:42 “Hindistan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli üzrə danışıqları dəstəkləyir“

11:37 Kabildə silahlıların hücumuna məruz qalan oteldən 30 nəfər xilas edilib

11:20 Nyu-Yorkdakı Azadlıq heykəli bağlandı- Bu səbəbdən

11:12 Çaylardakı vəziyyətlə bağlı son məlumat – Sululuq səviyyəsi dəyişib

11:05 Suriya Türkiyənin Afrindəki əməliyyatını pisləyib- Bəyanat

10:50 "ABŞ-ın törətdiyi təxribatlar Afrindəki böhrana səbəb olub"

10:38 Keçmiş səfir “Qalatasaray”ın yeni İdarə Heyətinə üzv seçilib

10:33 Təhsil nazirinin müavini vəzifəsindən azad edilib

10:27 Muradı əsəbiləşdirən hadisə: “Ayıbdır!“

10:22 Türkiyə ərazisinə raket zərbələri endirilib- Suriyadan

10:17 İsveçdə məscidin qapısına faşist svastikasının təsviri çəkildi

10:13 ABŞ-ın Kabildəki səfirliyi silahlıların otelə hücum planından məlumatlı olub

10:09 Atəşkəs 120 dəfə pozulub

10:05 “Azərbaycanın PUA-larla erməni mövqelərinə mina zərbələri endirməsi yalan informasiyadır“

20 YANVAR

21:50 Türkiyə SQ Baş Qərargahı: Afrində 113 hədəfdən 108-i məhv edilib

21:38 Füzuli sakini qohumunu güllələyib- DİN-dən açıqlama

21:33 Şamaxıda 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib

21:20 Rusiya ordusu Suriyanın Afrin rayonunu tərk edib

21:05 Ərdoğanın köməkçisi: Türkiyə təkcə Afrini terrorçulardan təmizləmək niyyətində deyil

20:45 İran XİN Türkiyənin Afrin əməliyyatına münasibət bildirib

20:15 “Səhərə yaxın atam üst-başı qanın içində gəldi“ - Elnarə

20:05 Türkiyə Afrin əməliyyatını başlatdı-“Zeytun budağı” -Video

19:43 Rusiya XİN Türkiyənin Afrin əməliyyatına münasibət bildirib

19:23 32 yaşlı şəxsi elektrik cərəyanı vuraraq öldürüb- Yevlaxda

19:13 Türkiyə Baş Qərargahı rəsmi açıqlama yayıb

19:05 “Prezident olsam, 20 martda Ukraynanı işğal edəcəm”

18:40 Türkiyə hərbi aviasiyası Suriyadakı mövqeləri bombalamağa başlayıb

18:27 Göyçayda yol tikintisi zamanı torpaq uçqunu baş verib- Fəhlə ölüb

18:17 “S&P” bu il neftin qiymətinə dair proqnozunu artırıb- 5 dollar

18:10 Dağlıq Qarabağda Ermənistan hərbçisi ağır yaralanıb

17:50 Türkiyə Silahlı Qüvvələri son həftədə 20 terrorçunu zərərsizləşdirib

17:36 Ermənilər Qazaxı atəşə tutub – Mülki təsərrüfata ziyan dəyib

17:25 Donald Tramp:“Hökumətin işini demokratlar dayandırdı“

17:17 Çində dünyanın ən böyük hava təmizləyicisi işə düşüb – Video

17:05 Tərtərdə 20 Yanvar şəhidləri yad edilib

16:42 Şamaxıda dalaşan qardaşların hər ikisi xəstəxanaya yerləşdirilib

16:25 Ermənistan prezidenti Fransaya gedir- İşgüzar səfərə

16:20 Əbdülfəttah əs-Sisi yenidən prezident olmaq istəyir- Namizədliyini irəli sürəcək

16:12 “Azərbaycanla eyni səviyyədə komandayıq“

16:05 Ərdoğan: “Afrin əməliyyatı faktiki olaraq başlayıb”

15:53 Millimizin rəqibi heyətini açıqladı

15:40 Suriyada avtomobildə partlayış olub

15:33 Türkiyə Silahlı Qüvvələri terrorçuların Afrindəki mövqelərinə zərbə endirib

15:25 “Piter Elçin”in qardaşını kim öldürtdürüb?

15:14 Rusiyanın Çinə göndərdiyi “S-400” sistemi geri qaytarılıb - Səbəb



ÖLKƏ

...

BDU-nun dosentindən nazirə və DİM sədrinə açıq məktub

Tarix 19.10.17, 15:20

Font ölçüsü : - / +
bitmap-img6

Məlum olduğu kimi, bir qədər əvvəl Azərbaycanda 2019-cu ildən başlayaraq buraxılış və qəbul imtahanlarının yeni modellə keçiriləcəyi açıqlanıb


Bu qərarın uzun müzakirlərdən sonra Dövlət İmtahan Mərkəzi (DİM) və Təhsil Nazirliyi tərəfindən birgə alındığı bəyan edilib. Yeni modelin bəzi detalları da artıq açıqlanıb. 

Buraxılış mtahanlarının hansı fənlərdən olacağı, abituriyentlərin hansı qrup üzrə hansı fənlərdən qəbul imtahanı verəcəyi, sualların necə tərtib olunacağı, balların necə hesablanacağı və sair haqda ilkin məlumatlar verilib.

DİM və Təhsil Nazirliyindən belə bir qərarın verilməsinin zəruri olduğu, təhsilin inkişafına xidmət edəcəyi  bildirilsə də, yeni modelə keçid ölkə ictimaiyyəti, xüsusən də pedaqoji sahədə çalışanlar tərəfindən birmənalı qarşılanmayıb. Yeni modelə müxtəlif yanaşmalar mövcuddur.

Bakı Dövlət Universitetinin  dosenti, “Şöhrət” Ordenli müəllim Ramin Mahmudzadə yeni modellə bağlı öz fikirlərini təhsil naziri Mikayıl Cabbarov və Dövlət İmtahan Mərkəzinin İcraçı Direktoru Məleykə Abbaszadəyə “Açıq Məktub”unda bildirib. Onun “AzPolitika.info”ya göndərdiyi məktubu kiçik ixtisarla dərc edirik:

“Şagirdlər bu qədər yükün altında öz uşaqlıq həyatlarından məhrum olurlar”

Hörmətli Cənab Nazir və Xanım Sədr!

İnanıram ki, dediklərimi sağlam və adekvat şəkidə qəbul edəcəksiniz. Biz Sizinlə eyni məqsədə xidmət edirik: öz vətənini sevən, onun çiçəklənməsi naminə əlindən gələni əsirgəməyən, yaradıcı və savadlı gənclərimizin yetişdirilməsi əsas vəzifəmizdir. Xarakterik cəhət ondadır ki, bu gənclər orta məktəbi bitirdikdən sonra I sinfə qəbul olduqları texniki və sosial mühitdən tamamilə fərqlənən, yeni bir mühitdə yaşamalı olacaqlar. Siz təsəvvür edirsinizmi ki, yeni mühitə uyğunlaşmaq üçün gənc oğlan və qızlarımız hansı intellek ehtiyatına, mənəvi varlığa və savada malik olmalı, yaxud onları qazanmalıdırlar?

Biz bu hədəflərə sizinlə fərqli tərəflərdən baxırıq – siz öz yüksək vəzifə mövqeyinizdən, mən isə təhsilin daxilindən. Siz öz kabinetlərinizin beton döşəmələrindən aşağıda nə baş verdiyini görə bilməzsiniz və yalnız öz tabeçiliyinizdə olan məmurların sizə təqdim etdikləri hesabat, arayış və onların şəxsi qənaətləri ilə kifayətlənməli olursunuz. Bu məlumatlar isə həmişə düzgün, prinsipial və savadlı olmur. İstənilən halda Siz özgələrinin fikirlərinə əsasən təhsilimizdə baş verənlər barədə obyektiv təsəvvürlər əldə edə bilməzsiniz.

Ancaq mən hər gün auditoriyayaya daxil olur, tələbələrimlə işləyirəm. Və bu 50 ildən artıqdır ki, davam edir. Mən uşaqların necə düşünməyə başladıqlarını, ilk dəfə universitetə necə gəldiklərini, oranı necə bitirdiklərini və sonradan hansı vəzifələrə sahib olduqlarını əyani şəkildə görürəm. Və mən əksər tələbələrimlə fəxr edirəm.

Axı mən təhsilimizin bu vəziyyətini necə qəbul edə bilərm ki, 3-cü sinif şagirdi göz yaşları ilə məktəbə getməkdən imtina edir, çünki məktəb onun üçün darıxdırıcıdır. 5-ci sinif şagirdi isə bəzi fənnlərə, sadəcə, nifrət edir. Mənə normal təhsil sisteminə malik olan bir ölkə göstərin ki, orada şagirdlər bu qədər yükün altında öz uşaqlıq həyatlarından məhrum olsunlar. Bəs bu günahsız varlıqlar nə qədər göz yaşları axıtmalıdırlar?! 
F.M.Dostayevskinin bir kəlamını xtırlatmaq istərdim: “Dünyanın bütün xoşbəxtlikləri günahsız uşagın bir damcı göz yaşına da dəyməz”.

Təhsilimizi test təhsilinə çevirməklə şagirdlərə nə verə bilərik?

Səhv başa düşülməmək üçün test barədə fikirlərimə aydınlıq gətirmək istərdim. Mənim üçün test bəzi biliklərin yoxlanması üçün bir vasitədir. O, xüsusilə, kütləvi yoxlamalar və fərdi özünü qiymətləndirmə üçün əlverişlidir. Test biliklərin universal yoxlama üsulu deyil. Yaradıcı təfəkkürü qiymətləndirmək çox çətindir, test vasitəsilə isə demək olar ki, heç mümkün deyil. Lakin testlərdən əsas pedaqoji təlim üsulu kimi istifadə etmək təhsilimizi TEST TƏHSİLİNƏ çevirmək deməkdir. Biz isə bunu artıq 26 ildir ki, tətbiq edirik. Bu gün hətta orta siniflərdə dərs deyən müəllimlər də öz fənnlərini testlər əsasında tədris edirlər. Belə müəllimlər öz şagirdlərinə nə verə bilər?

I qrup üzrə kimyadan imtahan salınması nəyə lazımdır?

784f055826609f702f22eb023eace05a

İndi isə bugünkü əsas problemə qayidaq. 29 sentyabr mənim yaddaşımda QARA CÜMƏ kimi qaldı. Həmin gün mən bütün qruplar üzrə 2019-cu il qəbul imtahanlarının siyahısı ilə tanış oldum. Yenə də I qrup üzrə hamının KİMYADAN imtahan verəcəyini görəndə dəhşətə gəldim!

Axı bu necə ola bilər?! İki il əvvəl hörmətli Sədr məni əmin etmişdi ki, bu problemi gözəl başa düşür və 2019-cu ildən etibarən hər şey dəyişəcək. Təhsil Nazirliyinin əməkdaşları da məni arxayın salmışdılar ki, 2019-cu ildə artıq hər şey öz yerini tutacaq. Bu yerdə mən ara ifadələrini işlətməkdən özümü saxlaya bilmirəm (hərçənd ki, bu cür ifadələri işlətmirəm) – deməli, məni sadəcə, “yola vermişdilər”.

Doğrudur, biz KİMYA ölkəsi olmuşuq. Kimyanın inkişafına bizim alimlərimiz böyük töhfələr vermişlər. O zamanlar hamı kimyanı bilməliydi. 1956-cı ildə ADU-nun (indiki BDU) mexanika-riyaziyyat fakültəsinə qəbul olanda mən də kimyadan imtahan vermişdim və kimya mənim ən çox sevdiyim fənlərdən biri idi. Lakin o zamanlar keçdi. Ölkə dəyişdi, yeni sahələr meydana çıxdı və bir çox ali məktəblərin qəbul imtahanları siyahısından Kimya fənni çıxarıldı. Və BDU-nun mexanika-riyaziyyat və tətbiqi riyaziyyat fakültələrinə qəbul zamanı da artıq Kimyadan imtahan vermək tələb olunmurdu. Lakin 1992-ci ildən Qəbul Komissiyası naməlum səbəblərdən Kimya fənnini yenidən bu ixtisaslar üzrə qəbul imtahanına daxil etdi. Biz belə hesab edirdik ki, bu ötəri bir haldır. Lakin o vaxtdan artıq 25 il keçir və heç nə də dəyişmir!

Budur, artıq dönüş nöqtəsi olan 2019-cu il də yaxınlaşır. KURİKULUMLA təhsil almağa başlayan şagirdlər məhz 2019-cu ildə orta məktəbi bitirəcəklər.

Ölkə 1992-ci illə müqayisə olunmaz dərəcədə dəyişmişdir. İnformasiya texnologiyaları böyük sürətlə tədqiqat və sənaye texnologiyalarının prioritet istiqamətinə çevrilir. İndi artıq hamıya aydındır ki, informasiya texnologiyalarının inkişafına nail olmadan nə ölkənin müdafiə qabiliyyəti, nə onun informasiya təhlükəsizliyi, nə də ölkə vətəndaşlarının normal həyat tərzi təmin oluna bilməz. Mütəxəssislər yetişdirmədən isə ölkədə inkişaf etmiş informasiya texnologiyalarına nail olmaq mümkün deyil. Möhtərəm Prezidentimiz də bu barədə dəfələrlə göstərişlər vermiş, qərarlar qəbul etmişdir. Buyurun, Möhtərəm Prezidentimizin qəbul etdiyi qərarları, göstəriş və tapşırıqlarını yenidə oxuya bilərsniz.

Beləliklə, birinci məsələ – kimya barədə

Artiq biz neçə ildir ki, təkrar-təkrar deyirik: riyaziyyat və kompüter ixtisaslarına qəbul imtahanlarına bu ixtisaslarda tədris olunmayan KİMYA fənninin əvəzinə, həmin fakültələrdə tədris olunan İNFORMATİKA fənnindən suallar salınmalıdır. Çox aydın və sadə bir məntiqdir.

Bu ixtisaslara KİMYADAN imtahan vermək heç bir məntiqə sığmır. Hətta, əgər KİMYA əvəzinə BİOLOGİYANI imtahana salsaydınız, bunu birtəhər əsaslandırmaq olardı. Çünki informasiya texnologiyaları tədricən ROBOT TEXNOLOGİYALARI ilə əvəzlənməlidir ki, bu proses də bioproseslərin öyrənilməsini tələb edir. Və mən əminəm ki, bir neçə il sonra artıq BİONİKA kompüter ixtisasları üçün zəruri bir sahə sayılacaqdır. Bunun üçünsə, əlbəttə, Biologiyanı bilmək lazımdır. Bir də, əgər siz həmişə qərbə istinad edirsinizsə, orda elə bir ali məktəb göstərin ki, onlar da Riyaziyyat və İnformatika ixtisaslarına qəbul zamanı KİMYADAN imtahan daxil etmiş olsunlar.

İkinci məsələ – informatika barədə
f8e99c392b5ba2108c3f181e0bcbc3bd_400_541

Mən əvvəlcə, Xanım Sədrə müraciət etmək istərdim.
Hörmətli Məleykə xanım!

Xatırlatmaq istəyirəm ki, Siz özünüz məktəb İnformatikasının inkişafı keşiyini çəkənlərdən biri olmusunuz. Biz Sizinlə məktəblərə verilən YAMAHA və KORVET-lərə birgə sevinirdik. Müəllimlərə kömək edir, kompüterlərdən düzgün istifadəni və dərslərin gedişatını yoxlayırdıq. Kompüter üzrə uşaqlar üçün ilk yay düşərgəsinin əsas təşəbbüskarı elə Siz özünüz olmusunuz. Zaqulbada ilk Beynəlxalq İnformatika Konfransını da bir yerdə uğurla həyata keçirmişik. Bu sahədə Sizin dəstəyiniz əvəzsiz idi. O zaman Respublika Olimpiadası qalibinin Ali məktəbə imtahansız qəbul olunmasına, çətinliklə də olsa, Sizinlə birgə nail ola bildik. Sizin Məktəb İnformatikasının inkişafında xidmətlərinizi yenə də sadalaya bilərəm. Siz çox gözəl bilirsiniz ki, əgər İNFORMATİKADAN İMTAHAN yoxdursa, onda MƏKTƏB İNFORMATİKASININ özü yoxdur!

Nə edək? – Təhsil Nazirliyi bu ötən 25 ildə fənlərin tədrisinə həqiqi nəzarəti təmin edə bilmədi. Nəticədə, əgər informatikadan imtahan yoxdursa, məktəblərdə ya onu başqa bir fənlə əvəz edirlər, ya da dərs zamanı kompüterdə mənasız işlərlə məşğul olurlar.

Əgər, işdir, birdən informatika müəllimi həqiqətən dərs keçmək fikrinə düşərsə, onda da va¬li-deyn¬lər imtahana düşməyən fənlə uşaqları yorduğuna görə müəllimi günahlandırırlar. Əlbəttə, elə məktəblərimiz də vardır ki, orada əsl pedaqoqlar ürək yanğısı ilə öz peşələrini vicdanla yerinə yetirirlər. Lakin təəssüf ki, bu hallar istisna təşkil edir.
Siz bütün bunları yaxşı bilirsiniz. ELƏ ONA GÖRƏ DƏ Sizin Təhsil Nazirliyi ilə birgə qəbul etdiyiniz qərar, yumşaq desək, səmimi deyil – ən azı Sizin keçmiş işlərinizə görə.

Üçüncü məsələ – 04.10.17 tarixində keçirilmiş “açıq dərs” barədə
1Bu “Açıq dərs” verilişinin qonaqları DİM və Təhsil Nazirliyinin nümayındələri idi. Onların hər ikisi yaxşı və yaxın tanışlarımdandırlar (qoy onlar mənim yazacaqlarımdan inciməsinlər). Təhsil Nazirliyinin nümayəndəsi informatikanın imtahana salnmaması barədə verilmiş sualdan ümumi sözlər və hansısa rəqəmlərlə yaxa qurtarmağa çalışdı. Ona məsləhət görərdim ki, qəbul ixtisasları arasında İnformasiya Texnologiyaları ixtisaslarının statistikasına nəzər salsın və bu qrupun bütün digər fənn qrupları arasında ən böyük olduğuna əmin olsun.
DİM nümayəndəsi isə dedi ki, bu məsələ ilə bağlı tədqiqatlar aprmaq lazımdır (?!). Nəyi tədqiq etmək lazımdır? Nə qədər tədqiq etmək olar?!

Xanım Sədr, Cənab Nazir, doğrudur, bundan sonra mətbuatda çıxış etdiniz. Belə məlum oldu ki, imtahan veriləcək fənlərin böyük tədqiqatlar nəticəsində müəyyən olunan siyahısı birgə qərarınızla təsdiq edilmişdir. Belə bir məsləhətim var: DİM Təhsil Nazirliyinə “İnformatika Problemləri İnstitutu” yaratmağı təklif edir. 10-15 illik intensiv və geniş tədqiqatlar nəticəsində İnformatika sahəsində yeni problemlər yarat-dıqdan sonra onun adını dəyişib “İnformatika İnstitutu” qoyulsun ki, o da bu fənnin imtahana daxil edilməsinə çalışsın.

DİM nümayəndəsi daha bir “dahiyanə” fikir də səsləndirdi: bir halda ki, ixtiyari riyazi məsələni həll etmək üçün alqoritmdən istifadə edilir, onda İnformatikanı imtahana daxil etməyə nə ehtiyac var? Onda nə üçün Fizikaya qəbul zamanı Riyaziyyatdan imtahan götürülür? Axı elə Fizika başdan ayağa riyazi düsturlardan ibarətdir. Bunun özü də bir “dahiyanə” fikirdir!

Ən nəhayət, dördüncü – sonuncu məsələ

Sizin belə qərar qəbul etməyinizin iki səbəbini görürəm:
1. İnformasiya Texnologiyalarının dünyada real vəziyyəti və perspektivləri barədə kifayət qədər məlumatın olmaması – bu versiya mənim çox da xoşuma gəlmir.

2. Yeni bir fənnin daxil edilməsi əlavə olaraq həm maliyyə, həm də insan resursları tələb edir. Test bankları yaratmaq, testləri təhlil etmək, normal testləri yaradan pedaqoqlar tapmaq, bu pe¬daqoqlara əmək haqqı vermək və s. Sizdə isə bütün bu işlərə əlavə maliyyə çatışmır. Əgər bu belədirsə, açıqca deyin.

Beləliklə, qərar qəbul olunub. Qərar isə doğru qərar deyil. Mən inanıram ki, vaxt gələcək, daha düzgün qərar qəbul olunacaqdır. Lakin ölkəmizin TƏHSİLİ TARİXİNƏ 29 sentyabr 2017 ci il – Qara Cümə günü kimi daxil olacaqdır.

Sizin başqa böyük işlərinizə hörmətlə,
BDU-nun dosenti, Şöhrət Ordenli
Ramin Mahmudzadə

P.S. Məktubda qeyd olunanlarla bağlı  Dövlət İmtahan Mərkəzi(DİM) və Təhsil Nazirliyinin də mövqeyini işıqlandıra bilərik.

pia.az











Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


ÖLKƏ

design-img

Vernisaj

Ərdoğan “Zeytun budağ”ndan danışdı

bitmap-img3

Rakurs

Deputat Ağalar Vəliyevin biznes imperiyası

bitmap-img3

Seçmələr

Ağciyər İnstitutunda budama əməliyyatında Oqtay Şirəliyev faktoru: Gənc kadrlar niyə hədəfdədir?

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru