Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan-Türkiyə-Pakistan hərbi ittifaqına doğru


Üç ölkənin XİN başçıları Bakıda bir araya gəldilər; çoxdan gözlənilən baş verdi...


Noyabrın 30-da Bakıda Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin ilk üçtərəfli görüşü keçirilib. 

Toplantıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyənın xarici siyasət idarəsinin rəhbəri Mövlud Çavuşoğlu və Pakistanın xarici işlər naziri Havaca Məhəmməd Asif iştirak ediblər.

Görüşün yekunlarına dair Bakı bəyannaməsi qəbul edilib.

Sənəddə ən mühüm məsələ - müdafiə və təhlükəsizlik sahəsinin əhəmiyyətinin vurğulanması, bu sahələrdə fəal əməkdaşlığın inkişafına hər üç dövlətin hazır olduqlarının ifadə edilməsidir. Tərəflər ümumi maraq kəsb edən regional və qlobal məsələlər ətrafında üç qardaş dövlət arasında mütəmadi məsləhətləşmələrin davam etdirilməsi, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində maraqlı və hazırlıqlı olduqlarını bildiriblər. Sənədin sonunda üçtərəfli görüşlərin illik əsasda, əlifba sırası ilə üzv dövlətlərdə müntəzəm olaraq keçirilməsi barəsində razılığa gəlindiyi bildirilir.

Görüşdən sonra xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında deyib ki, imzalanan Bakı bəyannaməsi gələcək əməkdaşlıq üçün “Yol xəritəsi” rolunu oynayır: “Siyasi baxımdan ölkələrimiz eyni mövqedədir. İqtisadi və ticari əlaqələrin inkişafının vacibliyini müzakirə etdik. Həmçinin regionda olan münaqişələri müzakirə etdik və bildirdik ki, bunlar sabitlik və təhlükəsizliyə təhdiddir. Hərbi, terrorizmə qarşı mübarizə sahələrində müzakirə apardıq. Müdafiə sahəsində əməkdaşlığımız çox intensivdir. Nəqliyyat əlaqələri müzakirə mövzulardan biridir. Pakistana təklif etdik ki, Azərbaycan və Türkiyənin bu sahədəki imkanlarından yararlansın. Xüsusilə Bakı-Tiflis-Qars dəmir yolu xəttini nəzərdə tuturam. Görüşdə ikitərəfli və üçtərəfli əsasda hava nəqliyyatının bərpasının vacibliyini qeyd etdik. Bu, ölkələr arasında turizm sahəsində böyük imkanlar yaradır. Azərbaycanın 20 faiz torpaqları işğal altındadır. Bu baxımdan müdafiə sahəsinin inkişafı çox vacibdir. Azərbaycan bu yaxınlarda təlim təyyarələrinin alınması üçün Pakistanla müqavilə imzalayacaq”.


Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu isə bildirib ki, Türkiyə və Pakistan təyyarə, digər texnikanı, döyüş gəmilərini istehsal edir. Azərbaycan da həm ixracatçıdır, həm də istehsalı inkişaf etdirmək istəyir: “Biz bu sahədə bir-birimizi tamamlayırıq. Azərbaycan və Türkiyə təlim təyyarələrini Pakistandan almağı düşünür”.

Pakistanın xarici işlər naziri Xavaca Məhəmməd Asif isə bildirib ki, görüşdə üç ölkə arasında müdafiə sahəsində əməkdaşlıq, ticarət dövriyyəsinin artırılması müzakirə edilib: “Bu sahədə mövcud olan əməkdaşlığımız üçtərəfli formada inkişaf edə bilər. Azərbaycanla Pakistan arasında birbaşa hava xətti yoxdur. Bunun bərpası ilə əlaqələr daha da güclənəcək. Hər üç ölkə Kəşmir, Dağlıq Qarabağ və Şimali Kipr məsələsində eyni mövqeyə malikdir. Hər üç ölkə bu məsələlərin həllində ortaq mövqedən çıxış etməlidir. Qərara gəldik ki, Pakistan, Azərbaycan və Türkiyə olaraq üçtərəfli formatdan daha geniş istifadə edək”.



Politoloq Elşən Mustafayev bildirdi ki, üç dövlətin xarici işlər nazirlərinin Bakıda toplanması bir sıra uğurlu layihələrin yaranmasına zəmin yarada bilər: “Nazirlərin müzakirə etdikləri məsələlər, müxtəlif sahələrdə əməkdaşlığın üçtərəfli formatda inkişaf elətdirilməsi istəkləri ondan xəbər verir ki, böyük ehtimalla bu üç dövlətin başçısının yaxın zamanlarda görüşü baş tutacaq. Türkiyə regionun böyük dövlətidir və onunla hamı hesablaşmağa məcburdur. Pakistan isə öz regionunda iki nüvə dövlətindən biridir və güclü orduya malikdir. Gələcəkdə bu 3 dövlətin hərbi və iqtisadi sahədə müttəfiqliyi Azərbaycanın təhlükəsizliyi baxımından vacib şərtlərdən biri ola bilər. Bu gün Azərbaycan heç bir hərbi blokda təmsil olunmur. Azərbaycan torpaqlarını işğal edən Ermənistan isə Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təmsil olunur. O zaman nədən biz özümüzə dost bildiyimiz dövlətlərlə hərbi ittifaq yaratmayaq? Belə bir ittifaq yaranarsa, hər 3 dövlət bundan yalnız fayda götürə bilər”.


Politoloq Əhəd Məmmədli də dedi ki, üçlü formatın Azərbaycana faydaları çox ola bilər: “Sergey Lavrovun Bakıya son səfəri, Rusiyanın Azərbaycana FSB agentini səfir göndərmək istəyindən sonra, Azərbaycanın Türkiyə və Pakistanla müttəfiqliyin dərinləşməsi, konkretləşməsi artıq bir zərurətə çevrilib. Üstəlik, İranErmənistan XİN rəhbərlərinin son görüşündə fars nazirin Ermənistanı regionda sülhün və sabitliyin nümunəsi adlandırması, Azərbaycanın Türkiyə və Pakistanla üçlü müttəfiqlik qurmaq əhəmiyyətini daha da artırdı. Azərbaycanda Türkiyə hərbi bazaları qurulmalıdır. Azərbaycan ordusuna Pakistan hərbi instruktorları dəvət edilməlidir. Üçlü hərbi təlimlər başlamalıdır. Rusiya, İranErmənistana göstərilməlidir ki, Azərbaycanın yanında Türkiyə ilə Pakistan var”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar