Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov saxlandığı İstintaq Təcridxanasından cəzaçəkmə müəssisəsinə köçürülüb
General Akif Çovdarov keçmiş hüquq-mühafizə orqanların əməkdaşları üçün nəzərdə tutulan 9 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb.
Qeyd edək ki, A.Çovdarov və digərləri 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il müddətinə azadlıqdan məhrum edilib. (MİA)
pia.az