Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ATƏT-in daimi nümayəndələr qrupu məlumat yayıb

ATƏT-in 24 daimi nümayəndədən ibarət qrupu 18-22 iyun tarixlərində Cənubi Qafqaza səfərlə bağlı məlumat yayıb


Qurumdan verilən məlumata görə, son bir neçə ildə Ermənistan, Gürcüstan və Azərbaycana bu formatda edilən səfərin məqsədi səfirlərin ATƏT-in hər üç ölkə ilə bağlı öhdəlikləri və prinsipləri ilə, həmçinin keçmiş, bu gün və potensial gələcəklə bağlı sabitlik, sülh və əmin-amanlığa dəstəyini bir daha təsdiq etmək olub.

Məlumatda qeyd olunur ki, səfirlər İrəvan, Tbilisi və Bakıda dövlət rəsmiləri, geniş siyasi partiyalardan olan parlamentarilər, vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüblər. Danışıqlar zamanı təhlükəsizlik, münaqişələr və bu yaxınlarda baş vermiş siyasi hadisələrə xüsusi diqqət ayrılıb.

Bildirilir ki, ATƏT Ermənistan, Gürcüstan və Azərbaycanla əlaqələrini onların cəmiyyətlərinə və təşkilatlarına bütün təhlükəsizlik sahələrində fayda vermək məqsədi ilə aktivləşdirməyə can atır.

Səfirlər Azərbaycanda xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, həmçinin parlament nümayəndələri, Milli Məclis sədrinin müavini Bahar MuradovaATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyevlə görüşüblər. Səfər Baş nazir Novruz Məmmədovla aparılan danışıqlarla yekunlaşıb.

“Mən Cənubi Qafqazın üç ölkəsinə səfərdən dərin ruh yüksəkliyi ilə Vyanaya qayıdıram. Bizim məqsədimiz ATƏT ölkələri ilə etimadın möhkəmləndirilməsi və qarşılıqlı fəaliyyəti aktivləşdirmək istəyini qeyd etmək idi. Bu münasibətlər əvvəlki kimi ATƏT-in gündəliyində durur və bunu qarşılıqlı fəaliyyəti möhkəmləndirmək üçün bir-birimizlə bölüşməyimiz olduqca vacibdir”, – deyə ATƏT Daimi Şurasının sədri səfir Alessandro Azzoni bildirib.“Report”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar