Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ kəşfiyyatı Çin smartfonları almamağı tövsiyə etdi

ABŞ kəşfiyyat orqanlarının – Federal Təhqiqatlar Bürosunun (FBİ), Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) və Milli Təhlükəsizlik Agentliyinin (NSA) rəhbərləri ölkə vətəndaşlarını Çinin “Huawei” və ZTE şirkətlərinin smartfonlarından istifadə etməməyə çağırıblar


Lent.az-ın “The Verge” portalına istinadən verdiyi xəbərə görə, FBİ direktoru Kristofer Rey “Huawei” və ZTE-nin ABŞ mobil operatorlarının şəbəkəsində önəmli yer tutmağa başlamasından narahat olduqlarını açıqlayıb. O, həmin qurumları “Amerikan dəyərlərindən fərqli dəyərlərə sahib olan ölkənin şirkətləri” adlandırıb. K. Rey bildirib ki, Çin istehsalçılarının cihazlarından amerikalıların vacib məlumatlarını ələ keçirmək üçün casusluq məqsədilə istifadə oluna bilər.

NSA rəhbəri Maykl Rocers isə qeyd edib ki, ABŞ Çin şirkətlərinin fəaliyyətini diqqətlə izləməlidir.

Artıq ABŞ-dakı yerli mobil operatorlara “Huawei” smartfonlarının yeni modellərinin satışına başlamamaq tövsiyə olunub. Çin şirkəti yanvar ayında Las Veqasda keçirilən CES sərgisində ABŞ-ın nəhəng mobil operatoru AT&T ilə əməkdaşlığa başlayacağını elan etməyə hazırlaşırdı. Lakin sövdələşmə baş tutmayıb, çünki hökumətin tövsiyəsi ilə AT&T bu anlaşmadan vaz keçib. ABŞ-ın rabitə üzrə Federal Komissiyası hesab edir ki, “Huawei” Çin hökuməti ilə sıx əməkdaşlıq edir və amerikalı istifadəçilərin fəaliyyətini izləyə  və onların məlumatlarını Çin kəşfiyyatına ötürə bilər.  

“Huawei”in mətbuat xidməti isə casusluq iddialarını rədd edib. Şirkətdən bildiriblər ki, onların məhsulları kibertəhlükəsizliyə istənilən digər şirkətin məhsullarından daha artıq təhlükə törətmir.

Qeyd edək ki, 2017-ci ildə “Huawei” dünyanın ən böyük smartfon istehsalçılarının siyahısında “Apple”ı ötərək 2-ci sıraya çıxıb. Bu sahədə birincilik “Samsung”a məxsusdur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar