Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Kim-ə bu xəbərdarlığı etdi: “Səni də Qəzzafinin gününə salarıq”

ABŞ vitse-prezidenti Mayk Pens “FOX News” telekanalına müsahibəsində iddia edib ki, Pxenyan nüvə silahından imtina etməzsə, KXDR-də 7 il bundan öncə Liviyada baş vermiş hadisələr təkrarlanacaq, Kim Çen Inı isə liviyalı diktator Müəmmar Qəzzafinin taleyi gözləyir


“Şimali Koreya liderinin Donald Trampla oynaya biləcəyini güman etmək böyük səhvdir”, - bu sözləri Pens İyunun 12-də Sinqapurda keçirilməsi nəzərdə tutulan ABŞ-KXDR danışıqlarının ləğvi variantını şərh edərkən deyib.

Lazım gələrsə, Trampın Kim Çen Inla görüşdən imtina etməyə hazır olub-olmaması ilə bağlı suala vitse-prezident belə cavab verib: “Şübhəsiz ki, bu belədir. Biz ümid edirik ki, Kim Çen In nüvə silahının hazırlanması proqramının icrasını dayandırmaq üçün bu imkandan istifadə edəcək və buy, dinc yolla baş verəcək”.

Xatırladaq ki, bu cür sərt çıxışlara səbəb ötən həftə Şimali Koreyanın dövlət informasiya agentliyinin yaydığı məlumat olub. Rəsmi Pxenyan həmin məlumatda eyham vurub ki, Kim Çen Inla Trampın görüşü baş tutmaya bilər. Səbəb kimi isə ABŞ-la Cənubi Koreyanın birgə “Max Thunder” hərbi təlimləridir.

Seul bu ehtimalları əsassız sayır: ABŞ-KXDR zirvə görüşü, Koreya yarımadasındakı yeni problemlərə baxmayaraq, plana müvafiq şəkildə keçiriləcək. “Yönhap” agentliyi xəbər verir ki, bunu Koreya Respublikası prezident administrasiyasının milli təhlükəsizlik idarəsinin rəisi Çon Iy Yon deyib.

Bu məmur ABŞ prezidenti Donald Trampla sabah keçirəcəyi görüşdə Koreya Respublikasının prezidenti Mun Çje İni müşayiət edir.

“KXDR-ABŞ zirvə görüşünün keçirilmə ehtimalını 99,9 faiz kimi qiymətləndiririk”, - bunu jurnalistlərə bildirmiş Çon Iy Yon əlavə edib ki, Seul və Vaşinqton görüşün hazırlanması ilə bağlı müntəzəm məsləhətləşmələr aparırlar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

Ən çox oxunanalar