Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

““Qarabağ” yüksək səviyyəli komandadır”


"Matçdan sonra təəssüratlar yalnız müsbətdir. Qələbə qazana bilmədiyimiz üçün kiçik məyusluq var. Bu, təlim-məşq toplanışında ilk yoxlama oyunumuz idi. 90 dəqiqə oynadığım üçün sevinirəm. Fiziki baxımdan hiss olunmurdu ki, toplanışın 6-cı günündəyik. Komanda şəklində mübarizə apardıq. "Kuban" formasını geyinən oyunçuların hər birinin gözləri yanırdı. Bu, çox şeydən xəbər verir. Xüsusilə nəzərə alaq ki, stress altında idik"


PİA.AZ qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Kuban"ın futbolçusu Nikita Malyarov "Qarabağ"la yoxlama oyunu (2:2) barədə fikirlərini bildirərkən deyib.

Sözügedən matçda dubla imza atan 29 yaşlı yaşlı yarımmüdafiəçi bildirib ki, komanda yoldaşları olmasaydı, 2 qol vura bilməzdi:  "Karyeram ərzində neçənci dubl olduğunu xatırlamıram. Amma "Kuban"da ikinci dəfədir dubla imza atıram. Hamı qollara görə məni təbrik etdi. Əlbəttə ki, komanda yoldaşlarım olmasaydı, bunu bacarmazdım. Buna görə hər kəsə təşəkkür düşür. İkinci qolda penalti zərbəsindən əvvəl İqor Konovalovla birlikdə topa yaxınlaşdıq. Amma yekunda zərbəni mənim vurmağım məqsədəuyğun bilindi. Hesabda öndə olub, yekunda qələbə qazanmamaq hər zaman üzücüdür. Xüsusən də, ikinci hissədə pis çıxış etmədik və fədakarlıq göstərdik. Təəssüf ki, son dəqiqələrdə cərimə zərbəsindən vurduğum top qapı tirinə tuş gəldi. Qələbə qazana bilərdik".

N. Malyarov "Qarabağ"ın  yüksək keyfiyyətə malik komanda olduğunu söyləyib: "Rəqib sürətli, kombinasiyalı futbol nümayiş etdirir. Bu da mənim ürəyimcədir. Onlar Çempionlar Liqasında  "Çelsi", "Roma" və "Atletiko" kimi Avropanın top klublarına qarşı mübarizə aparıblar. Belə rəqiblə yoxlama görüşü keçirmək hər zaman faydalıdır və usta futbolçulara qarşı gücünüzü yoxlamaq imkanı qazanırsınız. Güclü rəqiblə qarşılaşdıq və bu, əlavə yüklənməyə səbəb oldu. Təbii ki, müəyyən yorğunluq var ki, bu da normaldır. Mən öz hazırlığımı 60 faiz qiymətləndirərdim. Hələ də işləmək lazımdır".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar