Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Yoldaşım dedi ki, qızımızı bataqlığa soxdun” - Roza Zərgərli


“Çox dəyişmişəm, qəddarlaşmışam, hər şeydən uzaqlaşmışam. Süni insanların yanında dayana bilmirəm. Çox şeyə də qadağa qoymuşam. Ümumiyyətlə, ətrafımdan hər kəsi silmişəm. Sadəcə saxtakar insanları sevmirəm”


Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Roza Zərgərli “Şou-məkan” proqramında deyib. 

İfaçı bildirib ki, ona paxıllıq edənlər, yolunu kəsənlər çoxdur:

“O paxıllıq edir, o bilir ki, sən düşdüyün yerdə ondan yaxşı olacaqsan, o, özünə güvənmir, o, özünün fəaliyyətindən qorxur. Bu, qorxaqlıq və paxıllıq əlamətidir.

Elə məclis var ki, başdan-ayağa mən idarə edirəm. Çox ifaçı dostlarımız gəlir. Elə adam var ki, mən onunla danışmıram. Ancaq o da mənim məclisimdədir. Ev yiyəsinin heç xəbəri də yoxdur ki, mənim bununla münasibətim yaxşı deyil. Həmin adamlar öz məclisləri olanda min cür oyun qurub deyirlər ki, Roza burda yoxdur, xaricdədir. Onu düşünsünlər ki, ruzini verən Allahdır. Sən bəndəsən, heç kimsən. Burdan sən kəsəcəksən, ordan Allah ikiqat, üçqat verəcək”.

Müğənni övladlarının aktyorluq fəaliyyətindən bəhs edib:

“Dostum Nadir Maçanov mənə zəng etdi ki, sənə bir işim düşüb, mənə bir neçə aktyor lazımdır. Yeni filmə başlayırıq. Mən də dedim ki, bəzi şəkillər var, onu sənə ataram. Şəkillərə baxandan sonra dedi ki, mən bu qızı çəkmək istəyirəm. Dedim Nadir bu qız alınmayacaq. Onun ailəsi bir az qalmaqallı ailədir. Mən indi deyə bilmirəm ki, bu, mənim qızımdır, şəkil sənə səhv gedib. Axırda Nadirə dedim ki, əl çək, bu qız mənim qızımdır, qoymayacaq çəkilməyə. Axırda dedim ki, yaxşı ssenarini ver, evdə oturaq baxaq. Ssenariyə baxdım, gördüm gözəl ssenaridir. Əyri-əskik bir şey yoxdur.

Həyat yoldaşım buna narazıçılıq etdi. Dedi ki, "Özü səhərə kimi o səhnə mənim, bu səhnə sənin, gəzir. Oğlunu da həmin bataqlığa soxdu. Bir qız qalmışdı, onu da bataqlığa soxdu. Axırda məni də salarsız həmin yerə”. Amma nə edək".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

Ən çox oxunanalar