Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Torpaqları itirəcəyik və bizi heç kəs tanımayacaq”


Ermənistanın keçmiş xarici işlər naziri, fövqəladə və səlahiyyətli səfir Arman Melikyan deyib ki, Qarabağ danışıqlarında Ermənistanın mövqeyi gün keçdikcə zəifləyir


Avropa.info xəbər verir ki, onun dediyinə görə, Dağlıq Qarabağın statusu havadadır və belə də davam edir. Əgər əvvəllər status qarşılığında ərazilərin verilməsi ətrafında danışıqlar gedirdisə, indi vəziyyətin yaxşılaşması qarşılığında ərazilərin verilməsindən danışılır.

“Bu vaxtadək danışıqlarda belə bir fikrə əsaslanırdıq ki, torpaqları qaytarsaq, Dağlıq Qarabağım öz müqəddəratını təmin etməsi statusu ala bilərik. Torpaqları itirəcəyik və bizi heç kəs tanımayacaq” – Arman Melikyan belə deyib.

Onun sözlərinə görə, danışıqlar paketi bütünlüklə torpaqların qaytarılmasını əhatə edir. Danışıqlara vasitəçilik edən həmsədrlərin hamısı Madrid prinsipləri ilə razıdırlar və Ermənistanın torpaqları qaytarması məsələsində həmrəydirlər. Lakin bununla yanaşı, torpaqların hansı yolla qaytarılmasını bilmirlər.

“Regionda kifayət qədər əlaqələri və təsir rıçaqları olan yeganə ölkə Rusiyadır. Torpaqların qaytarılması məsələsi Rusiya tərəfindən təşkil olunarsa, ABŞ bu məsələyə qarımamalıdır. Əks halda, Rusiyanın Ermənistanda təsiri azalacaq. Onlar Ermənistanı əldən vermədən səbrlə gözləyə bilərlər. Ola bilsin ki, aprel müharibəsi bu istiqamətdə hazırlıq idi. Rusiya tərəfinin torpaqları güzəştə getməsi çox ciddidir və bunun nəticələri barədə düşünmək lazımdır” – o, belə deyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Rusiya ordusu ABŞ-ın Nigerdəki bazasına daxil olub...

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - Foto, Video

"Ruhumuzun səsi" adlı konsert proqramı təqdim olundu - Foto

Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib

Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” 

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Ən çox oxunanalar