Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib

Avropa Komissiyasının (AK) Qonşuluq və Genişləndirmə Danışıqları üzrə baş direktoru Gert Yan Kupman rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayevlə görüşüb...

“Report” xəbər verir ki, bu barədə AK rəsmisi sosial şəbəkədə bildirib.

Azərbaycanın iqtisadiyyat, ekologiya və nəqliyyat nazirləri ilə yaşıl enerji, əlaqə, minatəmizləmə, COP29 və daha çox məsələləri müzakirə etdim. Güclü əməkdaşlıq Aİ-Azərbaycan prioritetlərinin həyata keçirilməsi üçün əsasdır”, – o qeyd edib.

Görüşlərdə həmçini “biznes mühiti üçün vacib olan sülh prosesi və insan haqları” ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, daha əvvəl iqtisadiyyat naziri Mikayıl Cabbarov AK rəsmisini qəbul etmişdi.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bu barədə qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub.

İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

Poliqon.info

 


Etiket: COP29


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

İran Prezidentinin helikopterində olan bütün cəsədlərin kimliyi müəyyən edilib

Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır

Ağstafada məktəbdə özbaşınalıq: Direktor məktəbi diskotekaya çevirib

Ən çox oxunanalar