Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Tənqid etsinlər, amma söyməsinlər”


"Neftçi"nin baş məşqçisi Elxan Abdullayev "Kəpəz"lə matçdan sonra mətbuat konfransı keçirib


O, ilk öncə oyun haqda fikirlərini bildirib.
 
- Belə meydançada oynamaq çətindi. Təəssüf ki, müdafiədə səhvlər oldu və qollar vuruldu. Meydan amili hər iki komanda üçün eyni idi. Kim qol vursa, o da qələbə qazanacaqdı. 1-ciyə baxmalıyam, amma 2-ci penalti təmiz idi.
 
- Kəskin heyət dəyişməsinin səbəbi nədir?

- Zədəllər çox idi. Bəhanə axtarmıram. Navalovski iynəylə oynadı, Ruslan Aabışov da zədəlidi. Petrovda, Dreksada problemlər var, hazır deyillər. Bir heyətlə ardıcıl 3 oyun oynaya bilmirik.
 
- Komandanı 7-ci pillədə təhvil almışdız, yenidən həmin mövqeyə qayıtdız. Bundan sonrakı hədəf nədir?

- Yenə irəliləmək. Qarşıda oyunlar var, daha yüksək pilləyə qalxmağa çalışacağıq.
 
- Rəqib qələbəyə layiq idi?

- Udublarsa, deməli, layiq idilər.
 
- Zədəlilər, meydan amili və s. Özünüzdə nə günah var?

- Özümdə o vaxt səhv görərdim ki, meydan yaxşı, heyət optimal olsun. Sözüm bəhanə kimi çıxmasın. Demirəm ki, günahım yoxdu. Var, özüm bilirəm. Məsuliyyəti boynumdan atmıram, ondan qaçmıram. Səhvləri düzəltməyə çalışacam.
 
- Zədəlilərininzin çox olmasının səbəbi nədir?

- Qrafik. Heyətimiz geniş deyil. Bir ara 10 günə 3-4 oyun keçirdk, problemlər ortaya çıxdı. Heyətdə 28-30 futbolçu olmalıdı.
 
- "Forza Neftçi"ni tribunada görəndə təəccüblənmədiz?

- O mövzunu açmaq istəmirəm. Onlarla yeganə problem odur ki, təhqir edirlər. Tənqid etsinlər, istefamı istəsinlər, amma söyməsinlər. (futbolinfo.az)
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Ukrayna uğrunda Rusiya-NATO müharibəsi ola bilər?

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - Fotolar

Zaqatalada baş verən zəhərlənmə hadisəsinin səbəbi məlum olub

Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevə həsr edilmiş futbol turniri başa çatıb

Azərbaycan üçün yeni idman növünün təqdimatı olub

Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb

Ən çox oxunanalar