Cümə axşamı, 30 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son bir neçə gün ərzində həyata keçirilən əməliyyatlar zamanı paytaxt ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 10 nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, həmin şəxslərdən beş kiloqrama yaxın heroin, tiryək və psixotrop tərkibli metadon həbləri aşkarlanıb.

İdarə əməkdaşlarının apardıqları profilaktik tədbirlər zamanı isə beş “Kalaşnikov” avtomatı, üç ov tüfəngi, beş daraq və 81 ədəd patron vətəndaşlar tərəfindən könüllü olaraq polisə təhvil verilib. Mülki axtarışda olan 18, müxtəlif cinayət törətdikləri üçün barələrində axtarış elan edilən səkkiz şəxs saxlanılıb.

Soyuq silah hesab edilən kəsici-deşici alətlərin satışına qarşı keçirilən tədbirlər zamanı səkkiz obyektdən xəsarət yetirmək təyinatına malik satışı nəzərdə tutulan 312 ədəd bıçaq aşkar olunaraq götürülüb.

Aşkar olunan faktlarla araşdırmalar davam etdirilir.

Poliqon.info

 


Etiket: Narkotik Satanlar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Lənkəranskidən "oğru" adını almaq istəmişdi - Cinayət aləminin liderinə ömürlük cəza

Müdafiə Nazirliyinin rəhbər heyəti Türkiyədə "Doğanbey" təlim sahəsində olublar

Ayxan Hacızadə Peter Stanonun Azərbaycanda insan hüquqlarının vəziyyəti barədə iddialarına münasibət bildirib

Hürriyət: ABŞ Türkiyə ilə sərhəddə "kiçik İsrail" yaradır...

Ceyhun Bayramov Pakistanda səfərdədir - Yenilənib

Türkiyə "Altay" tankının seriya istehsalına başlayıb

XİN: Aİ nümayəndəsinin bəyanatı Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı reallıqdan uzaqdır

Xoşbəxt yaşayan həyat yoldaşlarının 5 əsas vərdişi

Ən çox oxunanalar