Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Şimal-Cənub” dəhlizi dəfn olunur – Təhlil


Sərkis Saturyan

Regnum İA, 23.06.2017


Sovet mirasının bölgüsü…
 
İslam İnqilabı Keşikçiləri Korpusuna yaxın Tasnim News agentliyi xəbər verir ki, Avrasiya Birliyi və İran azad ticarət zonası (ATZ) haqda saziş imzalaylıb. Qazaxıstan kənd təsərrüfatı naziri Timur Süleymenov əvvəllər bildirmişdi ki, sənəd ilin sonunadək imzalanacaq. Lakin tərəflər tələsməli olublar. Bu ilin mayında Gürcüstanla ATZ haqda saziş imzalamış Çin Avrasiya Birliyinin ardınca dabanbasma gəlir, Türkiyə iqtisadiyyat naziri Nihad Zeybəkçi isə bu il iyunun 19-da Pekin təşəbbüsünü inkişaf etdirərək “Milliyet” qəzetinə müsahibədə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə ATZ yaradıldığını bildirib. Zeybəkçi dəqiqləşdirib: “Türkiyə iqtisadiyyat nazirliyi təmsilçiləri artıq Naxçıvanda yerləşiblər. Naxçıvanla ticarət digər türk şəhərləri ilə ticarətdən fərqlənməyəcək. Əməliyyatlar türk lirəsi ilə həyata keçiriləcək”.

Keçmiş sovet Azərbaycanı milli ərazisinin bir hissəsini NATO Türkiyəsinin iltizamına verir. Məsələyə maraqlı yanaşmadır, elə deyilmi?

Xüsusən də Ankaranın aprelin əvvəlində Londonu Böyük Britaniya Avropa Birliyinin tərkibindən çıxdıqdan dərhal sonra ATZ haqda saziş bağlamağa çağırışı nəzərə alınmaqla. Yəni gözümüzün qabağında ÇXR-dən AB-yə Rusiyaya alternativ nəqliyyat dəhlizi formalaşır. Və bunun əsas əməliyyatçısı kimi fəallığı iqtisadiyyat çərçivəsindən xeyli kənara çıxan Türkiyə çıxış edir: 5-14 iyunda Vaziani hərbi bazasında Türkiyə, Gürcüstan və Azərbaycan hərbçilərinin iştirakı ilə “Caucasian Eagle 2017” (ingiliscə: “Qafqaz qartalı”-tərc.) üçtərəfli hərbi təlimi keçirilib. Ölkələr oxşar manevrləri sentyabra da planlaşdırıb. Onlar açıqca eyham vururlar ki, söhbət marşrutu Cənub Qafqazdan keçən irimiqyaslı iqtisadi layihələrdən gedir. Türkiyə müdafiə naziri Fikri İşiq və onun gürcü vizavisi Levan İzoriya “bölgədə kürəsəl layihələrin işlənməyinə şərait yaradan dövlətlərarası nümunəvi münasibətlərdən” danışırlar.

Bu arada İranErmənistan Azzərbaycanın Dağlıq Qarabağa nisbətdə təcavüzünə (bir az gülməli çıxır: Rusiyanın fəal dəstəyi ilə bütün Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edərək yerli əhaliyə divan tutaraq 1 milyondan çox soydaşımızın yurd-yuvasından didərgin düşməyinə sətirarası haqq qazandıran erməni analitik Azərbaycan dövlətinin konstitusion haqqı uğrunda mübarizəsini “təcavüz” adlandırır. Nə demək olar, əsil erməni xisləti. Yeri gəlmişkən, oxucularımıza bildirək ki, Sərkis Saturyan Dağlıq Qarabağın Çaykəndində anadan olub-tərc.) dəstəklə (Cənub Qafqaz ölkələrindən keçməklə) Bəndər-Abbas limanını Sankt-Peterburqla birləşdirməyi nəzərdə tutulmuş “Şimal-Cənub” dəhlizinin önəmini dəyərdən salan Türkiyənin Cənub Qafqazda fəallığını təşvişlə müşahidə edir.  İİR kənd təsərrüfatı naziri Mahmud Xocati buna görə də Ermənistanı “İranı Avrasiya Birliyinə bağlayan körpü” sayır. Tehran İrəvan və Moskva ilə ittifaq vasitəsilə manevr azadlığını saxlayır ki, Ankara və Pekindən siyasi asılılığa düşməsin. Təsadüfi deyil ki, İran 2017-ci ildə Türkmənistan və Qazaxıstana öz ərazisindən Pakistanla sərhədə dəmiryol daşımalarına görə 45%-ədək güzəşt təklif edərək Orta Asiyadan mal axınının Fars körfəzi sahillərinə (İranın Bəndər-Abbas və Çabahar limanlarına) çıxışını təmin edib. Iranian Railways Beynəlxalq nəqliyyat departamentinin rəisi Hüseyn Aşurinin sözlərinə görə, İİR-də və postsovet ölkələrində dəmiryol fərqləri (İrandakı 1435 mm-ə qarşı Orta Asiyada 1520 mm-dir) maneə deyil; “tərəflər Səraxsa, Lütfabad və İncəburun stansiyalarında vaqon arabacıqlarını dəyişirlər”. Bu, Tehrana Hvadar limanına (Pakistanın Bəlucistan əyalətinə) kommunikasiyaları bağlayan“Çin-Pakistan” iqtisadi dəhlizinin işə qarışdığı quru “İpək yolu”nu dəniz “İpək yolu”na calamağa imkan verir. Lakin problemsiz ötüşülmür. İranın Hindistanın modernləşdirdiyi Çabahar cənub limanı (İranın Sistan və Bəlucistan əyalətləri) iyunun ortalarında terrorçuların hücumuna məruz qalıb. Terrorçular tezliklə kəşfiyyat qüvvələri vasitəsilə zərərsizləşdirilib.


Qars-İqdır-Naxçıvan-Tehran?

Ankara Tehranı öz tərəfinə çəkmək ümidilə mürgüləmir. Azərbaycan KİV-lərinin məlumatına görə, Türkiyəyə Transxəzər marşrutunda güzəşt 50%-ə çatıb. Hətta Türkiyə nəqliyyat və dəniz kommunikasiyaları naziri Əhməd Arslan İranı bu il iyunun sonunda istismara buraxılacaq “Bakı-Tiflis-Qars” (BTQ) dəmiryol layihəsinə qoşulmağa çağırır. Arslanın sözlərinə görə, Türkiyə hökuməti İrana çıxmaqla “Qars-İqdır-Naxçıvan” layihəsi vasitəsilə Bakı-Tiflis-Qars yoluna alternativ yaratmaq niyyətindədir. “Daily Sabah” agentliyi nazirdən sitat gətirir: “Ədirnədən Qarsa gələn qatarlar TiflisBakıdan keçməklə Qazaxıstan və Türkmənistana çıxaraq yolunu davam etdirir ki, sonra Çinin şimal-qərb əyalətlərinə yetişsin. Lakin biz həm də “Qars-İqdır-Naxçıvan” dəmiryolunun köməyi ilə İrana alternativ marşrutda maraqlıyıq. Bu, Türkiyəyə yük axınlarını şərqə – İran, Pakistan, Hindistan və Çinin cənubuna göndərmək imkanı verəcək. Bax, biz bu layihəyə buna görə çox ciddi yanaşırıq”.

Arslan dəqiqləşdirir ki, Ankara indiki anda “Qars-İqdır-Naxçıvan” marşrutu üzrə Bakı və Tehranla müntəzəm məsləhətləşmələr keçirir, “layihənin inşası isə bütün tərəflər onun qrafikini təsdiqlədikdən dərhal sonra başlanacaq”.

Bakı Ankaranın “kiçik tərəfdaşı” rolunda hərəkət edərək Transxəzər marşrutunda Çinə geniş imkan açır. “Azərbaycan Dəmiryolları”nın başçısı Cavid Qurbanov Chengdu International Railway Services-in baş direktoru müavini Çjan Tsiznlə bu il iyunun 21-də görüşdə bildirib: “Azərbaycan yüklərin öz ərazisindən daşınmasında Çinə istənilən yardımı etməyə hazırdır”.

Çin nümayəndə heyəti Gürcüstan, Türkiyə və Şərq Avropa ölkələrinə mal tədarükü üçün Azərbaycan dəhlizindən istifadəyə maraqlı olduğunu təsdiqləyib. Vurğu Qazaxıstanın Aktau, Bakının Ələt dəniz limanı, Gürcüstanın Batumi və Ukraynanın Qara dəniz limanlarına edilir.

Sonra nə olacaq?

Çin və Türkiyə Hindistan-Rusiya-İran “Şimal-Cənub” layihəsini tədricən oyundan çıxardır. İş o yerə çatıb ki, hətta Hindistanın “Economic Times” nəşri Dakka-İstanbul (Banqladeş-Butan-Hindistan-Nepal-Pakistan-Əfqanıstan-İran-Türkiyə) dəmiryol dəhlizi haqda ciddi fikir söyləyir. Və burada məsələ təkcə Türkiyədə deyil, daha çox AB-dən çıxdıqdan sonra Hindistan, Pakistan və Çinə imtiyazlı ticari tərəfdaşlıq vəd edən Böyük Britaniyadadır. Moskvann üzərində düşünməyə nəyisə var. Xüsusən də Tehranın Suriyaya israrla dəhliz yarmağı davam etdirdiyi üçün. Bunun təsdiqi təkcə “İran-İraq-Suriya” dəmiryolu deyil, həm də “İran-İraq-Suriya” qaz kəməridir (hələlik İran-İraq formatında). Moskva, Tehran və Dəməşq Latakiyaya birgə səylərlə dəhliz açıb qabaqlayıcı rol oynaya bilər. Lakin bunun üçün əvvəlcə SƏR-i terrorçulardan təmizləmək, Suriyaİraq kürdləri ilə qarşılıqlı fəaliyyəti gücləndirmək, həmçinin ABŞ və Türkiyənin əliylə həyata keçirilən xain NATO işğalına son qoymaq lazımdır.

İran hədər yerə vaxt itirmir – iyunun 20-dən 21-ə keçən gecə İraqla qaz kəməri işə düşüb. İndi gediş Mioskvanındır. Bu cür şans yüz ildə bir dəfə düşür. Bundan yararlanmamaq günahdır. Axı bu zaman Rusiyanın dünya siyasətinə təsiri elə miqyaslara çatar ki, ABŞ və Çin G2 formatında pərdəarxası sövdələşmələrdən əl çəkməyə məcbur olacaq. Onlara Suriyanı təsir zonalarına və xanədan knyazlıqlarına bölmək imkanı verilsə, onda növbəti mərhələ ərazisi, resursları və insanları ilə sovet mirasının (yəni bütün postsovet məkanının) bölünməsi olacaq.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

Ən çox oxunanalar