Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ: Rusiya Gürcüstanı Ukraynaya qarşı müharibəyə cəlb edir...

ABŞ hökuməti hesab edir ki, Rusiya Federasiyası işğal olunmuş Abxaziyada Rusiya Hərbi Dəniz Qüvvələri üçün baza tikmək niyyəti ilə Gürcüstanı Ukraynaya qarşı müharibəyə cəlb edir...

Poliqon "Exo of Kavkaza"a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Ceyms O'Brayen deyib.

"Gürcüstanı Ukraynada müharibəyə cəlb edən Rusiya Federasiyasıdır. Rusiya işğal etdiyi Gürcüstan ərazisində nəhəng hərbi limanın tikintisinə başlayır. Gürcüstan vətəndaşlarının oğurlanması, bəzən qətllər, ərazilərin işğalı davam edir", deyə O'Brayen bildirib.

Amerika rəsmisi Tiflisi "müdrik" qərara görə tərifləyib - Gürcüstan hökuməti Rusiya Federasiyasının istədiyi kimi Moskvaya öz ərazisindən hərbi yük və malların daşınmasına icazə verməyib.

"Rusiya Federasiyası bir müddət hərbi yükləri və ya döyüş sursatı istehsalı üçün hərbi məqsədlər üçün istifadə olunan malları Gürcüstan ərazisindən daşımağa cəhd edib. Gürcüstan hökuməti müdrik qərar verib, bacardığı qədər bunun qarşısını almağa çalışıb və bunu da edib. Ona görə də Rusiya Federasiyası Gürcüstanı bu müharibəyə sürükləməyə çalışır", deyə ABŞ rəsmisi qeyd edib.

Ötən ilin oktyabrında özünü elan etmiş Abxaziya respublikasının prezidenti Aslan Bjaniya Abxaziyanın rus qoşunları tərəfindən işğal olunmuş Oçamçir rayonunda Rusiya Hərbi Dəniz Qüvvələrinin yeni daimi bazasının yaradılacağını bəyan edib. Onun sözlərinə görə, müvafiq saziş Rusiyanın Qara dəniz donanmasının kiçik raket gəmisinin Abxaziyaya səfəri zamanı imzalanıb.

Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin nümayəndəsi Vadim Skibitski bəyan edib ki, ruslar öz gəmilərinin bir hissəsini Krımdan Novorossiyskə köçürüblər, lakin bu liman Rusiya Federasiyasının bütün gəmilərini qəbul edə bilmir, ona görə də bunun üçün Gürcüstanın işğal olunmuş hissəsindən istifadə etmək barədə qərar verib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs kimdir? - Dosye

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Ancelina Colinin iki sevgilisinin olduğu üzə çıxdı - Onlar kimlərdir?

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Şamaxıda dəm qazı 63 yaşlı qadını öldürüb

İmtahana hazırlaşanların nəzərinə: Günün bu saatları dərs oxusanız, beyin...

Ən çox oxunanalar