Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Nar” yay mövsümü ilə əlaqədar yeni kampaniyaya start verib


“Nar” yeni “Yay kampaniyası”nı təqdim edib


Mobil operatordan verilən məlumata görə, kampaniyaya gündə cəmi 59 qəpik ödəməklə ölkədaxili bütün istiqamətlərdə zənglər üçün 25 dəqiqə və 100 Mb internet trafiki daxildir. Paketə qoşulmaq üçün “Yay” yazıb 777 qısa nömrəsinə göndərmək və ya 777#59#YES şifrəsini yığmaq kifayətdir. 
 
Beləliklə, hər zaman sərfəli qiymətlərlə fərqlənən “Nar” öz abunəçilərinin yay mövsümündə artan mobil rabitə tələblərini qarşılamaq üçün bu səmərəli kampaniyaya start verib. Bu kampaniyadan yararlanan “Nar” istifadəçiləri sevdikləri ilə bol-bol danışmanın dadını çıxara biləcək, yay boyu internetdən istədikləri qədər istifadə edəcəklər. “Yay kampaniyası” ilə “Nar” istifadəçilərinin yay istirahəti daha rəngarəng olacaq.
 
“Yay kampaniyası” operatorun tarif planları və ya internet paketlərindən biri deyil, mövsümi xarakter daşıyan bir kampaniyadır. Əgər aktivləşdirmə SMS vasitəsilə edilərsə, cari tarifə uyğun olaraq balansdan 1 SMS-in qiyməti qədər məbləğ çıxılır. Aktivləşdirmə barədə SMS aldıqdan sonra telefonu söndürüb yenidən yandırmaq lazımdır.
 
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2,3 mln. istifadəçisi olan “Nar” hazırda ölkə ərazisinin 99%-ni əhatə edən və 6 mindən artıq baza stansiyasından ibarət olan geniş şəbəkəsi ilə abunəçilərinə yüksəkkeyfiyyətli xidmət göstərir. 
        
“Yay kampaniyası” və operatorun digər tarif və kampaniyaları haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.   

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Rasim Balayevdən Taleh Yüzbəyova cavab: “Öz adım üstümdədir“

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

DYP hərəkətə keçdi: 200-ə yaxın piyada cərimələndi -Video

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub

Qərbi Azərbaycan Xronikası: Azərbaycan-Ermənistan sərhəd razılaşmasında gizli qalan məqam

Erməni lobbisi və onların havadarları Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiya planlaşdırırlar

Aprelin bütün sosial ödənişləri yekunlaşıb    

Ən çox oxunanalar