Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Nar” NETTY-2018 milli internet mükafatının keçirilməsinə dəstək oldu


“Nar” NETTY-2018 Azərbaycanın milli internet mükafatının keçirilməsinə dəstək oldu


Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişafına hər zaman töhfə verməyə çalışan mobil operator ənənəvi olaraq NETTY mükafatının keçirilməsinə dəstək olmaqdadır.

NETTY Azərbaycan milli internet mükafatı 2004-cü ildə təsis edilib. Ümumdünya şəbəkəsinin milli seqmenti və İKT bazarının inkişafı məqsədilə yaradılmış NETTY informasiya texnologiyaları sahəsində Azərbaycanın ilk peşəkar mükafatıdır. NETTY Azərbaycanın ən yaxşı internet layihələri və informasiya texnologiyaları sahəsində çalışan peşəkarları aşkar edərək onları mükafatlandırır.

15-22 may 2018-ci il tarixləri arasında mükafatın nominantlar siyahısını formalaşdıran Ekspert Şurası və Virtual münsiflər heyətinin səsverməsi başlayacaqdır. Ekspert Şurası hər nominasiya üzrə üç nominant seçəcəkdir. 22 mayda NETTY Akademiyası nominantlar sırasından mövcud nominasiyaların hər birində mükafatın qalibini müəyyən etmək üçün səsverməyə start verəcəkdir. NETTY-2018 mükafatının qalibləri rəsmi olaraq təntənəli mükafatlandırma mərasimində elan ediləcəklər.

Ənənəvi olaraq, müsabiqə çərçivəsində aşağıdakı nominasiyalar üzrə Azərbaycanda ən yaxşı resurslar elan olunacaq: "Azərbaycan" "Dövlət saytı" "Təhsil və elm" "Mədəniyyət və incəsənət"" Cəmiyyət" "İnformasiya və xəbərlər" "Servis-sayt" "Korporativ sayt" "Elektron
ticarət sahəsində ən yaxşı layihə" "İdman" "Şəxsi sayt" "Virtual münsiflər heyətinin seçimi" "Facebook”-da ən yaxşı səhifə".

Mükafatın əsas tərəfdaşları “Nar” operatoru və "Azintelecom" şirkətidir. Mobil operator özünün çoxşaxəli korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində Azərbaycanda İKT sahəsinin inkişafına və müxtəlif innovativ texnologiyaların, o cümlədən startapların tətbiqinə
dəstək olmağa çalışmaqdadır. “Nar” KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib.

“Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2017-ci ilin 2-ci rübündə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” tərəfindən keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən, dinamik inkişaf və şəbəkənin genişləndirilməsi istiqamətində görülmüş işlər sayəsində “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub.

“Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunublar - Foto

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Trampın müşavirləri dollardan imtina edən ölkələrə qarşı sanksiyaları müzakirə edirlər...

Ən çox oxunanalar