Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Minsk qrupu ölü qurumdur”


ATƏT-in Minsk qrupunun həmsədrləri indiyədək ciddi fəaliyyət ortaya qoya bilməyiblər


Buna görə də, onların hansısa ədalətli mövqe nümayiş etdirəcəklərinə heç bir ümidim yoxdur.

Bunu mətbuata açıqlamasında Milli Məclisin (MM) deputatı Məlahət İbrahimqızı dilə gətirib.

Onun dediyinə görə,  görünən odur ki, hər üç həmsədr dövlət ermənipərəstdir- ABŞ, Fransa və Rusiyanın həmsədr olması işğalın uzanmasına səbəb olub.

O qeyd edib ki, çünki hər üç dövlətin Ermənistana isti yanaşması məlumdur. Ermənistan Rusiyanın forpostudur, ABŞ və Fransada isə erməni lobbisi və diasporu güclüdür.

M.İbrahimqızı hesab edir ki,  belə vəziyyətdə onların vasitəçiliyinin heç bir nəticəsi olmayacaq, Minsk qrupu ölü qurumdur və  bunu aradan qaldırmaq üçün hansısa irəliləyiş etməlidir:

"Əgər ATƏT-in Minsk qrupu və həmsədr dövlətlər Ermənistanın işğalçılıq siyasətinə, 1 milyon insanın qaçqın-köçkün həyatına, dinc insanların ölümünə, ermənilər tərəfindən insanların evlərinin, yurdlarının, məzarlıqlarının dağıdılmasına  göz yumursa, bu qurum tarixdə mürtəce təşkilat kimi qalacaq. Əgər bu adı öz üzərindən götürmək istəyirsə, Minsk qrupu Ermənistanın təcavüzünün aradan qaldırılması üçün əməli fəaliyyət göstərməlidir.

Amma biz bu gün nəyi müşahidə edirik? Minsk qrupu həmsədrlərinin bəyanatlarında həmişə Ermənistan ilə Azərbaycan bərabərləşdirilir. Amma belə olmalı deyil. Ermənistan işğalçıdır, Azərbaycan isə işğala məruz qalan ölkədir. Ermənistana dəstək vermək, işğalçıya, təcavüzkara nəfəs vermək deməkdir. Bütün bunlar deməyə əsas verir ki, həmsədrlər fəaliyyət göstərdikləri müddət ərzində münaqişənin həlli, Ermənistanın işğalına son qoyulması istiqamətində ciddi bir iş görməyiblər. Həmsədr dövlətlərin təmsilçiləri vaxtaşırı olaraq yenisi ilə əvəz olunur və onlar da sələfləri kimi bölgəyə turist səfərləri etməklə məşğuldurlar.

Həmsədrlərin bölgəyə səfərlərindən sonra verdikləri bəyanatlar da bir birinin təkrarıdır. Bütün bunlara görə, Azərbaycan xalqının onlara inamı yoxdur. Əslində, həmsədrlər öz mövqelərini beynəlxalq hüquq müstəvisində ifadə etməli, işğala məruz qalanla işğalçının arasında fərq qoymalıdır. Əks halda, onların verdikləri bəyanatı oxuyan hansısa xarici ölkə vətəndaşları əslində, münaqişənin mahiyyəti haqda heç nə anlaya bilməzlər. Nə qədər ki, həmsədrlər münaqişə tərəflərinə eyni cür yanaşacaq, Ermənistanın işğalına son qoyulması ilə bağlı heç bir irəliləyiş olmayacaq.

Amma Azərbaycan xalqı da Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasını, torpaqlarımızın azad olunmasını istəyir. Bütün ümidlərimiz Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdir. Xalqımız bu siyasətə inanır və güvənir. Bu siyasət nəticəsində Azərbaycanın gündən-günə güclənməsi, Ermənistanın isə səfalət vəziyyətə düşməsi Qarabağ probleminin həllinin açarı olacaq".(gun.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunublar - Foto

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ən çox oxunanalar