Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Mərkəzi Bankın bu qərarı gözləntiləri doğrultmayacaq” - İqtisadçı ekspert


Qubad İbadoğlu: “Azərbaycanda uçot dərəcəsi nominal xarakter daşıyır”


“Faiz dəhlizininin aşağı həddinin 2% azalması nə iqtisadi aktivliyinə, nə məzənnə siyasətinə, nə də inflyasiya proseslərinə ciddi şəkildə təsir etməyəcək”.

Bu sözləri iqtisadçı alim Qubad İbadoğlu Mərkəzi Bankın faiz dəhlizinin aşağı həddinin 10%-ə endirilməsi qərarını şərh edərkən PİA.AZ-a açıqlamasıda qeyd edib.

Dünən  Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin keçirilən iclasında 22 iyun 2017-ci il tarixindən uçot dərəcəsi və likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddinin dəyişməz saxlanılması, faiz dəhlizinin aşağı həddinin isə 12%-dən 10%-ə endirilməsi ilə bağlı qərar qəbul edilib. Qeyd edilib ki, qeyri-neft sektorunda iqtisadi artım bərpa olunub, ixracın artımı və idxalın azalması nəticəsində tədiyə balansı profisit mövqeyə keçib. Milli valyutanın məzənnəsinin sabitliyinin dayanıqlığı yüksəlməkdədir. Mərkəzi Bank monetar şəraitdə müəyyən kəmiyyət dəyişikliyi etsə də, mühafizəkar pul-kredit siyasətini davam etdirir və ilin ikinci yarısında iqtisadi və inflyasiya dinamikasından asılı olaraq uçot dərəcəsinin azaldılması potensialını qeyd edir.

Mərkəzi Bankdan verilən məluamata görə isə ilin sonuna qədər manatın məzənnəsinin sabitliyini təmin edən qəbul edilmiş makroiqtisadi siyasət çərçivəsində hər-hansı əhəmiyyətli dəyişikliklər proqnozlaşdırılmır. İqtisadiyyatın pula olan tələbinin təmin edilməsi və likvidliyin effektiv idarə olunması məqsədilə Mərkəzi Bank müxtəlif müddətli (1 günlük, 7 günlük, 14 günlük, 28 günlük) pul siyasəti alətlərini aktiv saxlayır və bu dövrdə maliyyə bazarlarında pulun dəyəri başlıca olaraq Mərkəzi Bankın faiz dəhlizi çərçivəsində formalaşıb. Bütövlükdə həyata keçirilən monetar siyasət iqtisadiyyatda likvidliyin idarə olunmasını və ödəniş sisteminin stabil fəaliyyətini təmin edir.

Maraqlıdır ki, faiz dəhlizinin aşağı həddinin 10%-ə endirilməsi pul-kredit siyasətinə  necə təsir edəcək? Həmçinin bu addım məzənnə siyasətinin sabitləşməsinə yol aça bilərmi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı ADR Hərəkatının lideri, iqtisadçı alim Qubad İbadoğlunun fikirlərini öyrənib.

Image result for qubad ibadoğlu pia.az

Qubad İbadoğlu: “Mərkəzi Bank hazırkı şəraitdə mühafizəkar pul-kredit siyasətini davam etdirir”.


Mərkəzi Bankın bu qərarla gözləntilərinin doğrulmayacağını hesab edən iqtisadçı alim Qubad İbadoğluna görə, mövcud şəraitdə bu addımın pul-kredit siyasətinə əsaslı təsiri olmayacaq:

“Əslində bu məsələ ilə bağlı geniş fikrim yoxdur. Məsələ ondan ibarətdir ki, Azərbaycanda uçot dərəcəsi nominal xarakter daşıyır. Yəni, uçot dərəcəsinin faiz dərəcələri və milli valyutanın məzənnəsinə təsirlərindən danışmağa o qədər də ehtiyac yoxdur. Mərkəzi Bankın verdiyi qərar uçot dərəcəsi ilə deyil, faiz dəhlizi ilə bağlıdır. Uçot dərəcəsi 15% olaraq qalır. Uçot dərəcəsi və likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddi 18%-dir, aşağı həddi isə 12%-dən 10%-ə endirilib.

Faiz dəhlizinin 10%-ə endirilməsi ilə bağlı qərarın manatın məzənnəsi və bütövlükdə kreditin faiz dərəcəsinə ciddi şəkildə təsiri gözlənilmir. Çünki Mərkəzi Bank hazırkı şəraitdə mühafizəkar pul-kredit siyasətini davam etdirir. Onsuz da kredit qoyuluşları aşağı düşüb və kredit riskləri artıb. Belə bir şəraitdə faiz dəhlizininin aşağı həddinin 2% azalması nə iqtisadi aktivliyinə, nə məzənnə siyasətinə, nə də inflyasiya proseslərinə ciddi şəkildə təsir etməyəcək. Bu qərar nominal xarakter daşıyır. Mərkəzi Bankın müəyyən təsirləri olacağı ilə bağlı gözləntiləri var, amma düşünmürəm ki, gedən bu proseslər indiki şəraitdə iqtisadi vəziyyətə əsaslı təsir etsin”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar