Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Mədət Quliyev Lamiyə məsələsini araşdırmağa başlayıb”



Həbsxanada ana olmuş məhkum Lamiyə Quliyeva ilə bağlı baş verənlər hüquq müdafiəçilərinin və Penitensiar Xidmət rəhbərliyinin diqqət mərkəzində qalmaqda davam edir


PİA.AZ bildirir ki,bunu virtualaz.org saytına açıqlamasında İşgəncələr Əlyehinə Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov deyib.

E.Behbudov bildirib ki, o, bu məsələni ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyevlə də şəxsən müzakirə edib.

“Mədət Quliyev mənə bildirdi ki, bu məsələ ilə bağlı ciddi təhqiqatlar aparılır və yeni doğulan körpənin DNT analizləri artıq ekspertizaya göndərilib. Ekspertizanın konkret nəticələri bəlli olan kimi Penitensiar Xidmət bu məsələ ilə bağlı rəsmi açıqlama yayacaq. Mədət müəllim mənimlə söhbətində onu da bildirdi ki, yeni doğulan körpə dövlət himayəsindədir və normal yaşayış üçün lazım olan bütün zəruri vasitələrlə təmin olunub. Bütövlükdə isə Mədət Quliyev və Penitensiar Xidmət bu məsələnin obyektiv araşdırılması və həqiqətin üzə çıxarılması üçün əllərindən gələn hər şeyi edirlər” - deyə E.Behbudov bildirdi.

Qeyd edək ki, Lamiyə Quliyeva adlı məhkum qadın 2014-cü il, oktyabrın 16-da Bakıdakı 2 saylı doğum edində oğlan uşağı dünyaya gətirib. Xəstəxanadan çıxandan sonra L.Quliyeva və körpəsi qanuna müvafiq olaraq 4 saylı cəzaçəkmə müəssisəsində yerləşən xüsusi yataqxanaya yerləşdiriliblər. Həmin yataqxana yenicə ana olan qadın məhkumlar üçün nəzərdə tutulub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Ən çox oxunanalar