Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Lukoil” və SOCAR Türkiyə şirkətlərinə birgə yatırım edə bilər


“Türkiyənin pərakəndə neft məhsulları bazarı “Lukoil” şirkəti üçün cəlbediciliyini qoruyur”


“APA-Economics” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə şirkətin İdarə Heyətinin üzvü, baş təchizat və satış üzrə böyük vitse-prezident Vadim Vorobyov bildirib.

Onun sözlərinə görə, “Lukoil” bu məqsəd üçün artıq 1 mlrd. dollar ayırıb. V. Vorobyov qeyd edib ki, Türkiyənin yanacaq neft məhsulları bazarı şirkət üçün strateji əhəmiyyətə malikdir.

“Şirkətimiz Türkiyə bazarında iştirak payının artırılması üçün yollar axtarır. Biz SOCAR rəsmiləri ilə üçüncü şirkətlərin aktivlərinin alışını müzakirə etmişik. Hələlik bununla bağlı konkret qərar qəbul olunmayıb”, – deyə o bildirib.

V. Vorobyov əlavə olaraq bildirib ki, “Lukoil” Türkiyənin pərakəndə yanacaq bazarının 5-6 faizinə nəzarət edir. “2000-2010-cu illərdə Türkiyə bazarı Avropa bazarından daha əlverişli idi. Lakin sonradan yerli qanunvericiliyə olunan dəyişiklik vəziyyəti dəyişdi. Buna baxmayaraq, Türkiyə bazarı cəlbediciliyini qoruyur”, – deyə o qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

Ən çox oxunanalar