Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hazırda Azərbaycanda dayanıqlı tropik hava kütlələri hökm sürür”


Məhərrəm Həsənov: “Belə hava kütlərləri adətən 3-5 gün hakimlik edir”


“Son günlər Bakıda havanın nisbi rütubətinin normadan yüksək olması insanlara mənfi təsir edir”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, iqlimşünas Məhərrəm Həsənov deyib.

İqlimşünas bildirib ki, Bakıda hazırda havanın temperatur 35-37 dərəcə arasındadır: “Paytaxt üçün orta aylıq temperatur 26-27 dərəcədir. Ayrı-ayrı günlərdə temperatur yüksək olsa da, ortalama toplayanda orta aylıq temperatura yaxın olacaq. Ən yüksək temperatur, yəni 40 dərəcə Mərkəzi Aranda və Naxçıvanda müşahidə oluna bilər. Amma bu da sutkalık temperatur deyil, yüksək temperatur günorta müşahidə olunur”.

Onun sözlərinə görə, hazırda Azərbaycanda tropik hava kütlələri hökm sürür: “Bu, Şimali Afrikadan, Ərəbistan yarımadasından gələn hava kütlələri dayanıqlı şəkildə durur. Belə hava kütlələri adətən 3-5 gün hakimlik edir”.

Məhərrəm Həsənov qeyd edib ki, iyul və avqust ayı Azərbaycanda elə də sərin keçmir, adətən avqustun birinci ongünlüyünə qədər istilər olur: “Növbəti günlərdə ölkə ərazisində temperatur normadan 1-2 dərəcə çox ola bilər. Amma havanın temperaturunun kəskin aşağı düşməsi gözlənilmir. Yəni, 5 dərəcə fərqi ilə havanın soyuması olmayacaq, ümumi normaya yaxın olacaq”.

Mütəxəssis belə havanın kənd təsərrüfatına təsirindən danışaraq bildirib ki, hazırda müşahidə olunan hava şəraiti bəzi meyvələrə və bostan bitkilərinə xeyirdir: “Məsələn üzümə, qarpıza, yemişə isti hava yaxşı təsir edir, onların keyfiyyəti yaxşı, şirinliyi də çox olacaq”.
İsti havanın insanların səhhətinə təsirinin havanın nisbi rütubətinin normadan yüksək olması ilə bağlı olduğunu deyən mütəxəssis bildirib ki, normal nisbi rütubət 40-45 faiz olmalıdır: 

“Amma belə temperaturda nisbi rütubət 65 faizə qədər olur. Bu səbəbdən də insanların sağlamlıq durumları ilə bağlı narahatlıq hiss etmələri normaldır. Rütubətin çoxalması nəticəsində havada oksigenin azalması müşahidə olunur ki, bunun nəticəsində orqanizmdə narahatlıq yarana bilər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Ən çox oxunanalar