Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Cəzalandırmasaq, sabah fəlakətlər qarşısında aciz qalacağıq”


Bir qrup müxalifətçinin sosial şəbəkələrdə AYB sədri, yazıçı Anarın və Çingiz Abdullayevin kitablarının yandırılması ilə bağlı təklifə Xalq artisti Faiq Ağayev sərt reaksiya verib


Oxu.Az xəbər verir ki, o, məsələ ilə bağlı “Facebook” hesabında yazıb:

“Cəmiyyət olaraq hamımızın kəskin etirazına səbəb olan bir sıra olayların kökündə tərbiyəsizliyə qarşı ictimai qınağın olmaması durur.

Ziyalılar susur, vicdanlı, namuslu vətəndaşlarımız susur, din və dövlət məmurları, millət vəkilləri belə susur.

Nədir, necə gerizəkalılıqdır o kitab yandırmaq azarı?

Hansı mağara düşüncəsi sahibləri bunu həyasızcasına həyata keçirmək cəhdindədir? Niyə göz yumub, yan keçirik bu vandalizm, barbarlıq, vəhşilik nümunəsindən?

Tarixin hansı kəsiyində bu tərz dölbeynlik xeyir gətirib ki: “Əşşi, nə işimə?” deyib, rahatcasına əhəmiyyətsizlik nümayiş etdirək?

Çingiz Abdullayev bu məmləkətə namusla xidmət edən böyük şəxsiyyətdir. 

Ona qarşı törədilən bu çirkin əməllər mənəviyyatımıza, mədəniyyətimizə, milli heysiyyatımıza qarşı törədilən hücum və cinayətdir.

Bu gün qınayıb, cəzalandırmasaq o kəsləri, sabah böyük fəlakətlər qarşısında aciz qalacağıq. Gec olacaq artıq. Gücümüz – birlikdədir!”

Qeyd edək ki, sözügedən təklifə Çingiz Abdullayev də öz reaksiyanını sosial media hesabından bəyan etmişdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar