Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan Tramp kimilərin yanlış qərarları ilə üzləşməmək üçün...”


Tanınmış politoloqdan xəbərdarlıq; Tofiq Abbasov: “Tramp həvəskar siyasətçi davranışı göstərib Qüds məsələsi kimi çox ciddi məsələyə bu cür yüngül yanaşma ilə imza atırsa, sabah o, Dağlıq Qarabağı da erməni torpağı kimi tanıya bilər”


ABŞ prezidenti Donald Tramp indiyə qədər heç bir Amerika prezidentinin etmədiyini etdi. 

Ondan əvvəlki ABŞ prezidentlərinin qəbul etməkdən çəkindikləri qərarı məhz Donald Tramp qəbul elədi.

Trampın müsəlmanlar üçün müqəddəs olan Qüdsü İsrailin paytaxtı kimi tanıyan qərar qəbul etmək qədər riskli addımı atmaqdan çəkinməyən şəxs olduğunu ortaya qoyması, eyni zamanda qatı müsəlman düşmənçiliyi mövqeyində olduğunu nümayiş etdirməsi meydana yeni sual çıxarıb. Qüdslə bağlı qərarı Trampın günün birində “erməni soyqırımı”nı da tanımaq barədə qərar verməsi təhlükəsini vəd edirmi?

Politoloq Tofiq Abbasov “Yeni Müsavat”a bildirdi ki, Donald Trampdan istənilən qərar gözləniləndir. Lakin hətta nəzəri cəhətdən hesab etsək ki, Tramp “erməni soyqırımı”nı tanıdı, bunun heç bir təsiri, əhəmiyyəti olmayacaq: “Çünki bu məsələnin arxasında hüquqi baza yoxdur. ”Erməni soyqırımı"nı əgər beynəlxalq məhkəmələr tanımasa, hansısa prezidentin qərarının heç bir hüquqi zəmini olmayacaq. Trampın Qüdslə bağlı qərarı verməsi “erməni soyqırımı” məsələsindən çox Azərbaycanın maraqlarına zidd başqa bir təhlükədən danışmaq üçün əsas verir. Donald Tramp həvəskar siyasətçi kimi davranış göstərib Qüds məsələsi kimi çox ciddi məsələyə bu cür yüngül yanaşma ilə imza atırsa, sabah o, Dağlıq Qarabağı da erməni torpağı kimi tanıya bilər. Məndə əsas narahatçılıq doğuran məqam budur. “Erməni soyqırımı”nı tanıyıb-tanımayacağı ilə bağlı mənim elə bir narahatçılığım yoxdur. Səbəbini qeyd etdim. Türkiyə öz arxivlərini açmaq barədə qərar verdi, lakin Ermənistan özünün hiyləsinə görə həmin addıma tutarlı cavab verə bilmədi, arxivlərini açmadı. Ona görə də əslində Ermənistanın oyunbazılığının görünməyən tərəfləri açıqlandı. Bu məqam da “erməni soyqırımı” iddialarını alt-üst etdi. Ermənilərin əlində hüquqi sənədlər, arqumentlər yoxdur. Ona görə də istər Tramp, istər başqa prezident olsun, istərsə də parlamentlər-onların qərarlarının Türkiyəyə heç bir təsiri olası deyil. Türkiyə onun tərəfindədir ki, bu məsələdə məhkəmə yolu ilə kimin doğru olduğu müəyyən edilsin. Çünki Türkiyənin tutarlı arqumenti var, ermənilərin isə yoxdur".

T.Abbasov qeyd etdi ki, Azərbaycan Tramp kimi liderlərin yanlış qərarları ilə üz-üzə qalmamaq üçün ciddi iş aparmalıdır: “Əslində bizim Dağlıq Qarabağ məsələsində artıq zəif bənd olmamağımız, güclü bənd olmağımız bütün prosesin mahiyyətini dəyişir. 2016-cı ilin aprel savaşı bu üstünlüyü bizə verib. Azərbaycan bununla dünyaya bəyan edib ki, əgər siz məsələni həll edə bilmirsinizsə, biz edə bilərik. Gərək bundan ermənilərə lobbiçilik edən qüvvələr, bir sıra böyük dövlətlər bundan nəticə çıxarsınlar”.

Politoloq Əhəd Məmmədli isə bildirdi ki, yəhudilər Trampa “erməni soyqırımını tanımağa icazə verməzlər: "Yəhudilərlə ermənilər dünyada bir-birinə ən oxşayan xalqlardı. Buna görə də tarixən bir-biri ilə həmişə rəqabətdə olublar. Yəhudilər özlərindən başqa heç kəsə soyqırımı edilmədiyi siyasətindən yanadırlar. Onlar hesab edir ki, onlardan başqa kimlərəsə soyqırım edilməsi dünya tərəfindən tanınsa, onda yəhudilərin bu məsələdə öncəliyi, özünəməxsusluğunun itirilməsinə gətirib çıxara bilər. Buna da təbii ki, yəhudilər imkan verə bilməzlər. Üstəlik Amerikada ingilis təsirindən sonra yəhudi təsirinin ən böyük güc olduğunu nəzərə alsaq, ən azı indi “erməni soyqırı”mının tanınması təhlükəsini görmürəm. Fikrimcə, bu təhlükə ancaq Türkiyə ilə Amerika arasında körpülərin tam yandığı vaxtda yarana bilər". (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Elza Seyidcahan və Rafael İsgəndərov arasında qalmaqal

Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?

Azəbaycan təmsilçiləri “Avroviziya-2024” mahnı müsabiqəsində səhnəyə çıxıblar

Səhiyyə Nazirliyinin adından sosial şəbəkələrdə saxta kampaniya keçirilir - Birgə məlumat

Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Gənc aktrisa: “Ərə get, bir uşağın olsun, boşanarsan” - Video

Ən çox oxunanalar