Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan Rusiyaya nota verməlidir”


Moskvanın bir çox marketlərində “Artsax Frut” firmasının istehsalı olan, üzərinə “Qarabağ respublikasının istehsalı” etiketi vurulmuş yeyinti məhsulları satılır


Avropa.info saytının yaydığı məlumatda belə bildirilir.

Bunlardan istifadə edən bir sıra Rusiya sakinləri bu məhsulların bazarda olan digər məhsullardan keyfiyyət baxımından geri qaldlğını bildiriblər.

Politoloq Qabil Hüseyinli məsələ ilə bağlı Aktual.az-a bildirib ki, Rusiya bazarında “Qarabağ respublikasının istehsalı” ilə etiketlənmiş məhsullar satılırsa, bu, artıq Rusiya tərəfindən beynəlxalq müqavilələrin şərtlərinin pozulması deməkdir:

Rusiya dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. İndi isə Azərbaycanın tərkib hissəsi olan bir bölgədən, həmin bölgənin adı ilə istehsal edilmiş məhsulların öz daxili bazarına buraxılmasına şərait yaradır. Bu, Rusiya tərəfindən Azərbaycana qarşı çox ciddi hörmətsizlikdir”.

Q. Hüseyinli qeyd edib ki, Azərbaycan tərəfi bu məsələ ilə bağlı Rusiyaya nota verməlidir:

Azərbaycan tərəfi həmin məhsulların onların daxili bazarına buraxılmasının beynəlxalq hüquq normalarına zidd olduğunu nəzərə alıb, Rusiyaya nota verməli, bu məhsulların bazarlardan yığışdırılmasını, belə bir halın bir də təkrar olunmaması üçün tədbirlər görülməsini tələb etməlidir. Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi ətrafında danışıqlar prosesində, əgər Rusiya Azərbaycana verdiyi vədləri çox kobud şəkildə pozursa, bu, ciddi qınağa layiqdir”.

Məlumat üçün bildirək ki, Avropa.info-nun RusiyaErmənistan mətbuatında apardığı araşdırmadan sonra “Artsax frut” şirkətinin, tarixi Azərbaycan torpağı olan Xankəndində fəaliyyət göstərdiyi məlum olub.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar