Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“AŞPA-da Azərbaycan və Ermənistan nümayəndələrinin görüşünün təşkili zəruridir”


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun sədri Pedro Aqramuntla görüş keçirib


APA-nın Avropa müxbirinin xəbərinə görə, S. Seyidov assambleya sədri ilə bir çox məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsi, eləcə də AŞPA-da ErmənistanAzərbaycan nümayəndə heyətləri arasında görüşlərin təşkilinin mümkünlüyü haqqında müzakirələr apardıqlarını bildirib

AŞPA sədri ilə çox konstruktiv görüş keçirdik və hesab edirəm ki, hər dəfə sessiyada AŞPA sədri ilə görüşərək fikir mübadiləsi aparmaq ümumilikdə AzərbaycanAvropa Şurası arasındakı münasibətlərə müsbət təsir edir. Əlbəttə ki, görüşümüzdə əsas mövzulardan biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi oldu. Biz belə bir fikirdəyik ki, AŞPA-da ErmənistanAzərbaycan nümayəndə heyətlərinin arasında görüşlərin təşkil edilməsi zəruridir. Biz bu görüşlərə çoxdan hazırıq, ancaq erməni tərəfi həmişə bu görüşlərdən imtina edir. Əminəm ki, nə qədər imtina etsələr də, nə vaxtsa gəlib masa arxasına oturacaqlar. Çalışırıq ki, üzümüzə gələn növbəti sessiyada belə bir görüş keçirilsin və biz parlament səviyyəsində həm münaqişə ilə bağlı, həm də AzərbaycanErmənistan nümayəndə heyətlərinin AŞPA-nın fəaliyyəti ətrafında müzakirələr aparaq. Hesab edirəm ki, bu, çox ciddi bir məsələdir. Bununla yanaşı, biz AŞPA sədri ilə Azərbaycanda son islahatlar və dəyişikliklərlə bağlı ətraflı fikir mübadiləsi apardıq və bu da bizim üçün çox xeyirli idi. Ümumi şəkildə mən bu görüşü müsbət qiymətləndirirəm və hesab edirəm ki, belə görüşlər bizim üçün çox xeyirlidir”. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - Yenilənib

Ən çox oxunanalar