Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

«Şapka Mamed»in «şapkası» Azərbaycan sahibkarları üçün çox ağırdır


Ölkəninin orta biznes nümayəndələri Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevin «şapkasını» daşıya bilmirlər


Azərbaycan Sahibkarlar Konfedersaiyası kimə lazımdır? Bu sualla Azərbaycan Sahibkarlar Konfederasiyasına üzv olan sahibkarlara və iş adamlarına müraciət olunsa, bütün sahibkarlar bir ağızdan eyni savabı verərlər: Yalnız Məmməd Musayevə!

Hazırda Azərbaycan Sahibkarlar Konfederasiyasında (ASK) vəziyyət elədir ki, Azərbaycan sahibkarlarını özündə birləşdirən bu qurum ölkədə özəl sektorun və sahibkarların inkişafına deyil, ancaq ASK prezidenti Məmməd Musayevə və onun əlaltılarına xidmət edir.

Bu barədə PİA.AZ-a daxil olan şikayət məktubunda bildirilir ki, Məmməd Musayev prezident olduğu qurumun vasitəsi ilə sahibkarları istismar edir. ASK prezidenti hətta sahibkarları təhdid etməkdən belə çəkinmir.

Orta biznesin nümayəndələrİ olduqlarını və məlum səbəbdən adlarını açıqlamayan sahibkarların PİA.AZ-a ünvanladıqları müraciətdə bildirilir ki, artıq onlar məcburən sahibkarlıq fəaliyyətlərinə qoyulan əngəllərə görə ölkə prezidentinə müraciət etməyi düşünürlər. Çünki arptıq bıçaq sümüyə dirənir:

«Hər yerdə monpoliya var. Biz bu monopoliyanın içində güclədə olsa ayaq üstə durmağa çalışırıq. Son tikəmizi və gəlirimizi isə Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev əlimizdən alır», - deyə müraciətdə qeyd olunur.

Sahibkarlar bildirirlər ki, onları bir çox dövlət qurumları durmadan istismar edirlər. Bu qurumları saymağa isə sahibkarlr heç bir lüzum bilmirlər. Çünki ölkədə sahibkarlığı və özəl sektorun inkişafını monopoliyiaya alan və bu monopoliyadan kənarda qalanları istimar edən bu dövlət qurumlarını hər kəs tanıyır.

PİA.AZ-a daxil olan müraciətin ilginc tərəflərindən biri odur ki, sahibkarlar bu durumla razılaşırlar. Sahibkarlar artıq bu dövlət qurumlarından şikayətçi deyillər. İndi onlar son tikələrinə şərik olan, daha doğrusu son tikələrini əllərindən alan ASK prezidenti Məmməd Musayevin onlara qoyduğu «şapka»dan şikayət edirlər.

Dövlət qurumlarından şikayətçi olmaqdan vaz keçən sahibkarlar bildirirlər onların huquqlarını qorumaqla səlahiyyətli və vəzifəli olan Azərbaycan Sahibkarlar Konfederasiyası da istismar edir. Hər hansı bir halda hüquqların qorunmasından isə sxhbət belə gedə bilməz. ASK prezidenti sahibkarlardan ancaq hər il külli miqdarda üzvlük haqqı almaqda maraqlıdır. Üzvlük haqqı verməyənlərin və yaxud da ASK-ya üzv olmaq istəməyənlər qurumun prezidenti Məmməd Musayev tərəfindən təqiblərə və təzyiqlərə məruz qalır. Təqib və təzyiq vasitəlrini isə Məmməd Quliyev daha çox İqtisadi İnkişaf Nazirliynin vasitəsi ilə həyata keçirir. Çünki cənab ASK prezidkenti İqtisadi İnkişaf naziri Şahin Mustafayevin qohumu olduğu iddia  olunur.

Məmməd Musayevin başqa bir havadarının isə prezidentin iqtisadi məsələlər üzrə müşaviri Vahid Axundov olduğu bildirilir. Məhz bu yaxınlıq sayəsində Məmməd Musayevin bir zamanlar ölkə rəhbərliyinə çıxış əldə edə bildiyi vurğulanır.

Müraciətdə bildirilir ki, Məmməd Musayev bir adəti olaraq monopoliya sahibi olan böyük şirkələrdən və sahibkarlardan üzvlük haqqı almır. Çünki arxalı adamlarla üz-üzə gəlib öz vəziyyətini ağırlaşdırmaq və rahat, həmçinin gəlirli masasını təhlükə altına atmaq istəmir. Halbuki ASK-nın büdcəsi həmin iri şirkətlərin verdiyi üzvlük haqqları ilə formalaşmalıdır. Bunun müqabilində isə Məmməd Musayev bütün yükünü orta biznes nümayəndələrinin üzərinə yükləyib. Belə ki, orta biznes nümayədələrindən «Şapka Mamed» olaraq tanınan Məmməd Musayev ikiqat, bəzən də üç qat üzvlük haqqı tələb edir. Bu yolla ASK prezidenti öz «ziyanını» örtür. Yəni böyüklərin yükünü kiçiklər daşımağa məcbur olur. Çünki Məmməd Musayev öz kürsüsündə rahat oturmaq istəyir.

Xatırladaq ki, ölkənin böyük və tanınmış şirkətləri - “Liderfarm” ASC, “Azərsell” BM, “Baksell” BM,  “Unibank” SKB, “AzEvrotel” Azərbaycan-Böyük Britaniya Birgə müəssisəsi, “Azərsun Holdinq” Şirkətlər birliyi, “Atəşgah” QTSC Sığorta Şirkəti, Baku STEEL Company, “AGBank” Səhmdar İnvestisiya Bankı, “Azərbaycan Respubilkası Beynəlxalq Bankı, “Karat Holdinq”, Bakı Çinar Soyuducuları” ASC, “Ata-Holdinq” ASC, “HB Co Ltd” MMM, “Azturqaz” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsi, “Texnikabank” ASC, “Karvan İstehsalat Kommersiya Şirkəti” MMC, “NJT 2000” firması, “ADA-Ticarət” QSC, “Azərsu” ASC, “Santral Elektrik” LTD, İKB “Nikoyl” kimi iri şirkətlər Azərbaycan sahibkarlar Konfederasiyasının üzvüdürlər. Və bu iri şirkətlər ASK-ya üzvlük haqqı, daha doğrusu Məmməd Musayevə «xərac» vermirlər. Çünki Məmməd Musayevdən heç də kiçik və arxsız deyillər.

Onu da qeyd edək ki, ASK-nın əsas işi sahibkarları məhkəmələrdə mərkəzi və yerli icra hakimiyyəti orqanları qarşısında hüquqlarının müdafiə etmək, biznes layihələrini hazırlamaq, treninq və seminarların təşkil etmək, menecerlərin Avropa ölkələrində təhsili, xarici ölkələrlə biznes səfərlərinin təşkili, xarici ölkələrdən ekspertlərin dəvəti,  analitik informasiyaları hazırlamaq, maliyyə institutları haqqında məlumatlar toplamaq, hüquq məsləhət xidmətləri vermək, ölkə daxilində və xaricində sərgilər təşkil etmək, sahibkarların hüquqi marifləndirilməsi və biznes təkliflərinin yayılması işlərinin təşkilindən ibarətdir. Lakin faktiki olaraq ASK öz üzvlərinə bu xidmətləri göstərmir. Həyata keçirilən tədbirlərin demək olar ki, hamısı dövlət səviyyəsində həyata keçirilir. Yəni ASK və Məmməd Musayev faktiki olaraq heç bir təşəbbüslə çıxış etmir və heç bir halda qurumun nizamnaməsindən irəli gələn fəaliyyətlə məşğul olmur. Buna görə də sahibkarlar haqlı olaraq hesab edirlər ki, bütün tədbirlər və təkliflər dövlət səviyyəsində həyata keçirildiyinə görə Məmməd Musayevin şəxsi kontoru olan ASK heç kimə gərək deyil.

Daxil olan məlumatda o da vurğulanır ki, Məmməd Musayevin yığdığı üzvlük haqqlarının hara sərf olunması ilə bağlı heç kimə hesabat vermir və ondan da kimsə hesabat tələb edə bilməz. Amma bir zamanlar mətbuatın da yazdığına görə Məmməd Musayev sahibkarlardan toplabığı «xərac» hesabına qızına Badamdarda dəyəri milyon manatlarla ölçülən özəl klinika tikib. Yeri mətbuatın yazdığına görə davamlı olaraq falçıların və baxıcıların xidmətindən istifadəedən Musayevlər ailəsi hər il falçılara yüz min manatlarla vəsait sərf edirlər. Mətbuatın yazdığına görə hətta Məmməd Musayevin xanımı bir neçə il əvvəl tanımış falçı Zirəddin Rzayevə «Mersedes Gelenvagen» bağışlayıb. Şikayətçi sahibkarlar iddia edirlər ki, ASK prezidenti hər il onlardan topladığı milyonlarla vəsaiti məhz ailə işlərinə və ailə biznesinə sərf edir. Və elə bu üzdəndə sahibkarlar artıq Məmməd Musayevin ailə biznesini və ailə rifahını inkişaf etdirməkdən yorulduqlarını bildirirlər.

PİA.AZ-ın özəl kanallarla əldə etdiyi məlumatlarda isə bildirilir ki, Azərbaycan Sahibkarlar Konfederasiyası prezidenti Məmməd Musayev «Başak-İnam Sığorta Şirkəti» ASC-nin Direktorlar Şurasının sədri Akif Kərimovla ortaqdır. Akif Kərimovun ailə üzvülərindən biri (qardaşı oğlu) Milli Bankın İpoteka Kreditləri Departamentində rəhbər vəifədə işləyir və həmin şəxsin əli bir çox evlərin ipoteka kreditləri ilə alınması və bankdan külli miqdarda nəğd vəsaitlərin çıxarılması əməliyyatları həyata keçirilir.

Başqa bir məlumatda isə göstərilir ki, Məmməd Musayev Sahibkarlığa Kömək Milli Fondunun direktoru Şirzad Abdullayevdən kənd təsərrüfatının inkşafı ilə bağlı kreditləri öz bankına yönləndirir və sahibkarlara iki qat «şapka» qoyur.

Bütün bunlar barədə məlumatlarla növbəti yazımızda tanış olacaqsınız.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunublar - Foto

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Ən çox oxunanalar