Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zakir Qaralovu kim əvəz edəcək? – Apreldə qərar veriləcək

Aprelin 25-də Baş prokuror Zakir Qaralovun bu vəzifəyə təyinatının 20 ili tamam olur...

Xatırladaq ki, Zakir Qaralov 25 aprel 2000-ci ildə Baş prokuror təyin edilib.

Hakimiyyət islahatlar kampaniyasına start verəndə 64 yaşlı Zakir Qaralovun da yola salınacağı barədə mülahizələr irəli sürülürdü. İslahatlar dalğasında ilk olaraq uzun müddət vəzifədə olan məmurların yola salınması Zakir Qaralovun da əvəzlənəcəyi barədə mülahizələri daha da möhkəmləndirsə, Azərbaycan cəmiyyəti yeni Baş prokuror təyinatının şahidi olmadı.
Bundan sonra belə iddialar səsləndirilməyə başlandı Zakir Qaralovun vəzifəsinin 20 ilin başa vurduqdan sonra yola salına bilər.

Onun yerinə kimin təyin olunacağına gəlincə, bu sırada deputat Əli Hüseynlinin adı çəkilir. Əli Hüseynli Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədridir. Hər dəfə Baş prokurorun əvəzlənməsi məsələsi gündəmə gəldikdə, bu posta ən şanslı namizəd kimi Əli Hüseynlinin adı çəkilir.

Baş prokuror postuna daha bir namizəd kimi Baş prokurorun birinci müavini Rüstəm Usubovun da adı çəkilir. Ehtimal olunur ki, Zakir Qaralovu Rüstəm Usubov əvəzləyə bilər. Rüstəm Usubov 35 ildir ki, prokurorluq orqanlarında çalışır. 2005-ci ildən Baş prokurorun birinci müavini postunu tutur. Kifayət qədər peşəkar kadr hesab edilir.

Azərbaycanda Baş prokuror hər 5 ildən bir Milli Məclisin razılığı ilə Prezident tərəfindən təyin olunur.(yeni sabah)

pia.az


Etiket: Zakir Qaralov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Gürcüstanın Baş naziri: ABŞ-nin sanksiyalar söhbəti qeyri-ciddidir

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Soyuq may ayında qiyməti ilə “hərarətləndirən” kafelər: Bulvardakı vəziyyət nə zaman düzələcək? - Video

Ağ Ev: ABŞ Gürcüstanla münasibətlərə yenidən baxa bilər

İki dəfə məzarından çıxarılan, ermənilərin binasını yandırdığı Musa Nağıyev - Video

Ən çox oxunanalar