Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni qorxunc virus gəlir - Mütəxəssislərdən xəbərdarlıq

Dünya təxminən bir ildir ki, koronavirus epidemiyası ilə mübarizə aparır. Lakin bu proses hələ bitməyib.

İnsanların hələ də koronavirus epidemiyasından tam xilas ola bilmədiyi bir vaxtda, ABŞ tədqiqatçıları yeni bir epidemiyaya səbəb ola biləcək virus barədə xəbərdarlıq edirlər. Bildiyiniz kimi, koronavirusun heyvanlardan insanlara keçdiyi düşünülürdü. Sonra isə virus nəfəs yolu ilə insandan insana keçməyə başladı və bu da pandemiyaya səbəb oldu. Mütəxəssislər, heyvanlardan insanlara keçə biləcək daha bir fərqli virusun yayıla biləcəyi, potensial yeni bir epidemiya barədə çağırışlar ediblər.

SADS-CoV virusu nədir?

Təfərrüatları birlikdə nəzərdən keçirək.

2019-cu ilin dekabr ayında ortaya çıxan koronavirus (COVİD-19) qısa müddətdə pandemiyaya çevrildi. Təəssüf ki, epidemiyadan həyatını itirənlər çox oldu və artmaqda davam edir.

ABŞ-dan olan tədqiqatçılar, heyvanlardan insanlara keçdiyi ehtimal edilən yeni virus barədə araşdırmalara başlayıb.

Alimlər 2016-cı ildən bəri Çində donuzlara yoluxan və bu heyvanlarda kəskin ishal, qusmaya səbəb olan bir koronavirusun insanlara da keçə biləcəyini ehtimal edirlər.

Tədqiqat ABŞ-ın Şimali Karolina Universiteti tərəfindən aparılıb.

Yarasalardan donuzlara keçən bu "SADS-CoV" adlı yeni virusun insanın tənəffüs orqanlarında, qaraciyər və bağırsaqlarında çoxala biləcəyi qeyd olunub.

Bu yeni virus, hazırda pandemiyaya səbəb olan koronavirus (COVİD-19) ilə eyni ailəyə aiddir. Ancaq bu, fərqli bir növdür. Konkret olaraq SADS-CoV "alphacorona virus" və SARS-CoV-2 "betacorona virus" adlanır.

Tədqiqatın müəllifi epidemioloq Ralp Barik mövzu ilə bağlı bunları deyib: “Bir çox tədqiqatçı Covid-19, SARS və MERS kimi betakoronavirusların yaratdığı xəstəliklərə diqqət yetirir. Lakin “alphacorona” virusları nəzərə alınmır. Əslində, “alphacorona” virusların sürətlə yayılma potensialını nəzərə aldıqda bu, insan sağlamlığı üçün qorxunc dərəcədə böyük təhlükə sayılır”.

Professor Barik və qrupu öz araşdırmalarında “SADS-CoV”un donuzlardan insanlara yoluxma sürətinin nə qədər riskli olduğunu da araşdırıb. Bu araşdırmada sintetik insan hüceyrələrinə sözügedən virus yoluxdurulub. Nəticədə insanların bu virusa həssas olduğu aşkar edilib.

Öyrənilib ki, “SADS-CoV” virusu ilk olaraq ağciyər və bağırsaq hüceyrələri daxil olmaqla insan hüceyrələrini təsir göstərir. (musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Ən çox oxunanalar