Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“WhatsApp”-la qarışmış ölkə:Livanda etiraz dalğası böyüyür

Baş nazir Səad Həriri Livanın iqtisadi böhranının həlli yollarını tapmaq üçün koalisiya tərəfdaşlarına 72 saatlıq möhlət verib, çünki oktyabrın 18-də sərt kəmərsıxma tədbirlərinə qarşı etirazlar ikinci günündə zorakılığa çevrilib

Timur Əzhəri
“Əl-Cəzirə”, 19.10.2019

Hökümətin yeni vergilərlə bağlı planları ucbatından başlayan aksiyalar bir ildən də az müddət əvvəl hakimiyyətə gələn Həririnin milli birlik hökumətinə ən ciddi problemdir.

Xalqa müraciətində Həriri koalisiyasındakı partiyaları Livanın borc içində üzən iqtisadiyyatı üçün islahatlara mane törətməkdə günahlandırıb.

“Hökumətdəki tərəfdaşlarımıza çox qısa möhlət verirəm – 72 saat. Bizə, küçələrdəki insanlara və beynəlxalq tərəfdaşlarımıza inandıra biləcək bir həll yolu deməlidirlər”.

O, ölkədəki iqtisadi böhranı “misilsiz” və “mürəkkəb” sözləri ilə səciyyələndirib.

Həririnin dediyi kimi, Beyrutun Şəhid meydanında Livan bayrağını dalğalandıran etirazçılar, o cümlədən baş nazir Həriri, prezident Mişel Aun, parlament spikeri Nəbih Bərri və xarici işlər naziri Cəbran Basil də daxil olmaqla, ölkənin siyasi rəhbərliyinin, istefasına çağırışlarını davam etdiriblər.

Yaşayış xərclərinin artması fonunda yeni vergi tətbiq etmə planlarından qəzəblənən nümayişçilər “İnqilab! İnqilab!” və “Xalq rejimin süqutunu tələb edir” şüarları səsləndiriblər. Onlar, həmçinin Livanın ən ali rəhbərlərini korrupsiyada ittiham və ölkənin onilliklər ərzində oğurlanmış dövlət vəsaitlərinin xəzinəyə qaytarılması üçün bank sirrinin ləğvini tələb ediblər.

“Oğru, oğru, Mişel Aun oğrudur!” – deyərək bəziləri əsəbi halda ətrafa boylanıblar. Çünki Livanda prezidenti təhqir etmək həbsxanada cəza çəkməklə bitə bilər.

Polis Riyad əl-Sulh meydanındakı etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib, dinc nümayiş toqquşmalara çevrilib.

Etirazçılar, eyni zamanda, şərqdəki Bəkaa vadisində və Livanın ikinci böyük şəhəri olan Tripolidə küçələrə çıxıblar. Yerli medianın bildirdiyinə görə, bir millət vəkilinin cangüdənləri kütləyə atəş açarkən bir neçə etirazçı yaralanıb.

Runiyə və Zəhlə həbsxanalarında da iğtişaşlar olduğu bildirilib.

Cümə günü xarici işlər naziri və prezidentin kürəkəni Basil də etirazçılara müraciətində digər siyasi partiyaları islahatları əngəlləməkdə günahlandırıb, lakin “hazırkı hakimiyyətə alternativin daha pis olacağını” söyləyib.

Nümayişlər nağd pula sahib olmaqda çətinlik çəkən hökumətin “WhatsApp” səsli zəngləri də daxil olmaqla, yeni vergi tətbiq etməyi planlaşdırdığını elan etməsindən sonra başlayıb. Cümə günü, gecə etirazçılar küçələrdə şinlər yandıraraq ölkə daxilindəki yol qovşaqlarını bağlayıb və bəzi ərazilərdə binaları, dükanları viran qoyublar.

İğtişaşlar fonunda banklar, dükanlar və məktəblər cümə günü bağlanıb və Səudiyyə Ərəbistanının vətəndaşlarını ölkədən təxliyə etdiyi bildirilib.

“Hamı bezib. Vəziyyət dəhşətlidir. İnsanların pulu yoxdur, insanlar ümidini itirib. Bizə verdikləri maaşın hamısı vergilər, vergilər, vergilərdir”. Bunu Beyrutdan olan 39 yaşlı bərbər Samir Şmaysri deyir. “Vəziyyətin düzələcəyini ümid etmək üçün heç bir islahat prosesi yoxdur”.

Qəzəbin püskürməsi Livan hökumətini “WhatsApp” zəngləri ilə əlaqədar vergi planlarını pozmağa vadar edib, lakin bu tədbir etirazçıları sakitləşdirmək üçün az nəticə verib.

“Ölkədəki vəziyyəti dəyişdirmək istəyirik, istəyimiz budur”, – deyən bir etirazçı, Beyrutun Ras əl-Nəbaa bölgəsi yaxınlığında, şəhərin kənarında od vurulmuş zibil qutusu ilə yolu bağlayıb. “Dinc olmağa çalışdıq, amma alınmır”.

Adamın sağ əlində itiuclu dəyənək vardı. “Etirazlarda niyyətlər safdır”.

Tərcümə: Strateq.az

pia.az


Etiket: Livan WhatsApp

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar