Bazar ertəsi, 17 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Vətən müharibəsinin iki şəhidinin məzarı Yasamal rayonundakı Şəhidlər Xiyabanına köçürülüb

Bakının Biləcəri qəbristanlığında və Abşeron rayonu Ceyranbatan qəbiristanlığında dəfn edilmiş 2 Vətən müharibəsi şəhidinin məzarı Yasamal rayonundakı Şəhidlər Xiyabanına köçürülüb.

PİA.az xəbər verir ki, məzar yerinin dəyişdirilməsi ilə bağlı şəhid ailələrinin müraciətləri onların iştirakı ilə ətraflı araşdırılıb, optimal həll yolu müəyyən edilib.

​​​​​​​Şəhid gizir Xosrovzadə İlkin Azay oğlu və Mikayılov Cəbrayıl Valeh oğlunun nəşləri Yasamal rayon qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu kiçik gizir İlkin Xosrovzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

O, həmin ilin oktyabrın 25-də Zəngilan döyüşləri zamanı şəhid olub.

İlkin Xosrovzadə ölümündən sonra "Vətən uğrunda" medalı, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan Ordusunun hərbi qulluqçusu, Vətən müharibəsi iştirakçısı əsgər Mikayılov Cəbrayıl Valeh oğlu 10 oktyabr 2020-ci ildə Füzuli rayonu uğrunda gedən döyüşlər zamanı şəhid olub.

Şəhid ölümündən sonra "Füzulinin azad olunmasına görə", "Vətən uğrunda" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif olunub. (APA)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Ziya Məmmədovun oğlu xanımına təmtəraqlı ad günü keçirtdi - Video+Fotolar

“Əslində heç Azərbaycan da “Zəngəzur dəhlizi”nin açılmasında maraqlı deyil” - Əsətun Oruclu

Rüstəm Aloyan: "Azərbaycanlı qaçqınları Ermənistana qaytarmaq lazımdır"

Büdcədən maliyyələşdirilən sahələrdə çalışanların maaşı artırılıb

“Haqqında danışdığım rüşvətxor nazirlərin hamısı barədə tədbirlər görülüb” - Hafiz Hacıyev

KOBİA sədrindən süni qiymət artımına qarşı reaksiya - Foto

Rusiyada qəhrəmana çevrilmiş azərbaycanlı etdiyi hərəkətdən danışdı - Video

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbi qulluqçusunun həlak olması ilə bağlı məlumat yayıb

Üç istiqamətdən hücum gözlənilir - Sərhəd yaxınlığında səhra hospitalları da qurulub

“Nazarbayevin ailəsi və pulları hələ öz sözünü deyəcək”

Ən çox oxunanalar