Cümə axşamı, 19 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Ucuz Azərbaycan qazını alıb qonşulara satır, bahalı rus qazını isə öz əhalisinə...

Bolqarıstanın baş naziri Kirill Petkov Azərbaycandan ildə 1 milyard kubmetr “Şahdəniz” qazı almaq öhdəliyi götürmüş “Bulgargaz” dövlət qaz təchizatı şirkətində xüsusi xidmət orqanlarının ötən həftə başlatdığı araşdırmaya münasibət bildirib. virtualaz.org EURACTİVE.com portalına istinadən xəbər verir ki, baş nazir “şirkətdə bir sıra qanun pozuntularına yol verildiyinə dair şübhələrin olduğunu” deyib.

Sayt yazır ki, son günlər hökümət “Bulgargaz”a qarşı təzyiqləri artırıb. Çünki şirkətin bolqar qaz istehlakçılarının maraqlarına zərbə vurmasından şübhələnir. “Belə şübhələr var ki, şirkət ucuz Azərbaycan qazını alıb qonşu İtaliya və Rumıniyaya ixrac edir, daha bahalı Rusiya qazını isə ölkə daxilində satır. Nəticədə istehlakçılar bundan zərər çəkir”,-məlumatda deyilir.

Baş nazir Kirill Petkov

Xatırladaq ki, “Bulgargaz” Azərbaycandan 2013-cü ildə bağlanmış müqavilə əsasında həmin 1 milyard kubmetr qazın hamısını ala bilmir. Çünki bu qazı Yunanıstandan Bolqarıstana nəql etməli olan interkonnektor qaz kəməri IGB hələ hazır deyil, kəmərin tikintisi 12 ildir şübhəli şəkildə ləngidilir. Bu isə Bolqarıstanın qaz bazarında inhisarçı olan “Gazprom” şirkətinin maraqlarına cavab verir. “Bulgarqaz” Azərbaycan qazının təxminən üçdə birini Rumıniya-Bolqarıstan qaz kəməri (“Qazprom”un nəzarətindədir) üzərindən revers rejimində ala bilir.

Bu və digər şübhəli məqamlarla bağlı Dövlət Milli Təhlükəsizlik Agentliyinin və Baş Polis İdarəsinin əməkdaşları ötən həftə “Bulgaraz”ın ofisində araşdırmalara başlayıblar.

Daha əvvəl isə “Bulgargaz”ın baş direktoru Nikolay Pavlov Dövlət Milli Təhlükəsizlik Agentliyinə məktub yazaraq Azərbaycanla imzalanmış müqavilədən məxfi məlumatların sızdırılmasını araşdırmağı xahiş etmişdi. Bu məlumatların sızması “Qazprom”un maraqlarına uyğundur və Azərbaycan tərəfini bərk qəzəbləndirib.

Hakim koalisiyadan deputat Martin Dimitrov isə EURACTIV-ə deyib ki, bolqar xüsusi xidmət orqanları həm də IGB qaz kəmərinin tikintisinin niyə 12 ildir ləngidiyini araşdırmalıdır. Deputat Avropa Komissiyasını da bu məsələyə qarışmağa çağırıb, çünki kəmərin tikintisini qismən Avropa Komissiyası maliyyələşdirir.

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Rüstəm İbrahimbəyovun yerinə Kinematoqrafçılar İttifaqına kimin sədrlik edəcəyi bilindi

Azərbaycan və Litva prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

"Əli Həsənova verdiyim 10 kaseti ermənilər qarşıma qoydular" - Şahbaz Quliyev

“AZAL ziyanla işləsə də, “Canik”in Qara dəniz sahillərində otelləri, Türkiyədə mülkləri...” 

Paşinyan Kremldən KTMT qüvvələrinin İrəvana yeridilməsini xahiş edib

Qiymətlərin dağ başına çıxdığı Azərbaycanda kasıb əhali bir ildə iki dəfə azalıb - Statistika belə deyir...

Paşinyan etirazlarla əlaqədar KTMT-dən İrəvana qoşun yeritməyi xahiş edib

Hərbi qulluqçular məcburi icbari narkoloji müayinədən keçiriləcək

Dövlət başçıları Heydər Əliyev Mərkəzində klassik avtomobillərin sərgisi ilə tanış olublar - Fotolar

Ən çox oxunanalar