Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Turzim bələdçiləri dövlətdən 5 min manat yardım alacaq

Bu sahədə çalışanlar 5000 manata qədər yardım alacaqlar...

Azərbaycanda VÖEN-lə qeydiyyatda olan turizm bələdçiləri dövlət tərəfindən birbaşa maliyyə yardımı ala biləcəklər.

PİA.az-ın xəbərinə görə, bunu Dövlət Turizm Agentliyinin şöbə müdiri Məhəmməd Muradov deyib.

Onun sözlərinə görə, bələdçilərin müəyyən hissəsi VÖEN qeydiyyatındadır:

"Ancaq VÖEN qeydiyyatında olmayan bələdçilər də var və onların məsələsi bir qədər problemlidir. Dövlət Turizm Agentliyi Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası ilə birlikdə bu kateqoriyadan olan bələdçilərin də sosial vəziyyətinin yaxşılaşdırılması üçün sənəd hazırlamaq istəyir. Bunun mexanizmi hazırlanır".

M.Muradov əlavə ki, koronavirus pandemiyasından zərər çəkən sahibkar 2019-cu ildə dövlətə ödədiyi vergi qədər maliyyə yardımı alacaq. Dövlətin maliyyə yardımı maksimal 5000 manat olacaq.

Xatırladaq ki, koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlara dövlət dəstəyinin göstərilməsi nəzərdə tutulur.

Yerləşdirmə (hotel), səyahət agentliyi və tur-operator faəliyyəti üzrə məşğul olan sahibkarlara dəstək paketinə əsasən, Dövlət Vergi Xidmətində 79900 iqtisadi fəaliyyət növü üzrə (bələdçi fəaliyyəti Dövlət Vergi Xidmətində "Turizm sahəsində əvvəlcədən sifarişetmə xidmətləri və bununla əlaqədar fəaliyyət" adlı 79900 iqtisadi fəaliyyət növünün kodu üzrə təsnifləşdırılıb) qeydiyyatdan keçən, habelə 2019-cu ildə vergi və sosial sığorta ödəmələrini həyata keçirən bələdçilər sözügedən proqramdan faydalana, başqa sözlə dövlətdən birbaşa maliyyə yardımı əldə edə bilərlər.

Hazırda ölkənin turizm sənayesində 600-ə yaxın turizm bələdçisi fəaliyyət göstərir. Həmin bələdçilərin 300-ə yaxını ATBA-nın məlumat bazasında qeydiyyatdan keçib.(Trend)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Ən çox oxunanalar