Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə televiziyası: Ermənistan terrorçuları Qarabağa yerləşdirir - Video

Türkiyənin nüfuzlu “Kanal 24” Televiziyasında Ermənistanın Azərbaycana qarşı törətdiyi provakasiyalara geniş yer ayrılıb. Kanalın “Möderator” proqramında işğalçı ölkənin dövlət sərhəddinin Tovuz istiqamətində həyata keçirdiyi təxribatlar və Azərbaycanın işğal altındakı ərazilərinə bu bölgə ilə heç bir əlaqəsi olmayan etnik ermənilərin qanunsuz köçündən bəhs edilib.

Proqramda çıxış edən “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi davamı təxribatlar işğalçı ölkənin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı olmadığını ortaya qoyur. O qeyd edib ki, son xain təxribatlar nəticəsində bir əsgərimiz şəhid olub, biri isə yaralanıb. Birliyin sədri deyib ki, Ermənistan Tovuza hücumlar təşkil etməklə diqqəti özünün işğal faktından yayındırmaq istəyir.

Proqramda eyni zamanda Azərbaycanın işğal altındakı bölgələrinə Livan daxil olmaqla, bir sıra ölkələrdən bu bölgə ilə heç bir əlaqəsi olmayan etnik ermənilərin qanunsuz köçündən danışılıb. Fərid Şahbazlı qeyd edib ki, əslində Azərbaycanın işğal altındakı torpaqlarına erməni ailələr adı altında terrorçu qruplar köçürülür: “Məqsəd birinci Qarabağ müharibəsində olduğu kimi, mümkün müharibədə terrorçuları Azərbaycana qarşı döyüşdürməkdir. Bu Cenevrə konvensiyasının, bütün beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır”. (yenisabah)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Ən çox oxunanalar